Musa Yehovanın gözəl xüsusiyyətlərini başa düşdüyü üçün israillilərlə səbirlə davranırdı. Eynilə, biz də Yehovanın xüsusiyyətlərini dərindən dərk etsək, dindaşlarımıza qarşı mərhəmətli olacağıq.
-
«Rəhmli və mərhəmətli». Valideynlər övladlarına necə məhəbbət və qayğı göstərirsə, Yehova da xidmətçilərinə o cür məhəbbət göstərir və qayğılarına qalır
-
«Səbirli». Yehova xidmətçiləri ilə səbirlə davranır, onların səhvlərinə səbir edir, onlara düzəlməyə vaxt verir
-
«Məhəbbəti bol». Yehova sadiq bəndələrinə qırılmaz məhəbbət telləri ilə bağlıdır
DÜŞÜNÜN: «Yehovanın rəhmindən və mərhəmətindən necə nümunə götürə bilərəm?»