Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Qapını uşaq açarsa...

Qapını uşaq açarsa...

Təbliğ zamanı qapını uşaq açarsa, valideynlərinin evdə olub-olmadığını soruşmalıyıq. Bununla uşağın valideynlərinə hörmət etdiyimizi göstərmiş olacağıq (Ms 6:20). Əgər uşaq bizi evə dəvət edirsə, girməməliyik. Evdə böyük yoxdursa, başqa vaxt gəlməliyik.

Əgər uşaq yeniyetmə yaşlarındadırsa, yenə də yaxşı olar ki, ondan valideynini çağırmasını xahiş edək. Böyüklərdən heç kim yoxdursa, uşaqdan soruşa bilərik ki, ona oxumağa nəsə versək, valideynləri buna etiraz etməz ki? Əgər uşaq «yox, etiraz etməz» desə, onda ədəbiyyat saxlamaq və ya onu jw.org saytı ilə tanış etmək olar.

Maraq göstərən yeniyetməyə növbəti dəfə baş çəkəndə də valideynlərini soruşmalıyıq. Bunun sayəsində onlara gəlişimizin məqsədini izah etmək, həmçinin Allahın Kəlamının ailələr üçün verdiyi məsləhətlərin etibaralayiq olduğunu göstərmək imkanımız olacaq (Zb 119:86, 138). Valideynlərə hörmət və sayğı göstərməyimiz gözəl şahidlik olacaq və həmin ailəyə xoş xəbəri çatdırmaq imkanımız yaranacaq (1Bt 2:12).