Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Xidmətdə püxtələşək. Söhbətə başlamaqla

Xidmətdə püxtələşək. Söhbətə başlamaqla

İsa Məsih səməriyyəli qadınla əvvəlcə söhbətə başladı və bu söhbətin sayəsində şahidlik verdi. Biz tanımadığımız adamlarla söhbətə başlamaqda necə püxtələşə bilərik?

  • Mehriban olun və danışmağa başlayın. İsa yorğun olsa da, söhbətə başladı. Bunun üçünsə, sadəcə içməyə su istədi. Siz də əvvəlcə dostyana salamlaşın, sonra havadan, yaxud təzəlikcə baş verən hadisədən danışın. Unutmayın, ilk məqsəd, sadəcə söhbətə başlamaqdır. Buna görə də insanı maraqlandıra biləcək mövzudan danışın. Əgər qarşı tərəf söhbət etmək istəməsə, ürəyinizi sıxmayın, başqası ilə söhbətə başlayın. Yehovadan cəsarət istəyin (Nə 2:4; Hv 4:29).

  • Müjdəni çatdırmaq üçün hər fürsətdən istifadə edin, amma tələsməyin. Qoyun söhbət öz axarı ilə getsin. Tez-tələsik təbliğ etməyə başlasanız, insan hürküb söhbəti dayandıra bilər. Söhbət gözlənilmədən bitsə və müjdəni çatdıra bilməsəniz, kefinizi pozmayın. Müjdədən danışmağa başlamaq fikri sizi qorxudursa, onda bir müddət şahidlik etmək yox, sadəcə söhbət etmək məqsədi ilə danışmağa başlayın. (1-ci videonu göstər və müzakirə et.)]

  • Şahidlik etmək üçün şəraiti bu üsulla da yaratmaq olar: imanınız barədə şövqlə danışın. Bu, həmsöhbətinizi sual verməyə təşviq edə bilər. İsa da elə fikir söyləmişdi ki, səməriyyəli qadında suallar yaranmışdı və sadəcə bu suallara cavab verməklə İsa ona müjdəni çatdırmışdı. (2-ci videonu göstər və müzakirə et, sonra 3-cü videonu göstərib müzakirə et.)