İsanın çəkdiyi məsəli başa düşməyən bəzi şagirdlərin imanı sarsıldı və onlar daha onun ardınca getmədilər. Cəmi bir gün əvvəl İsa möcüzəvi şəkildə onları yedizdirmişdi, bununla da göstərmişdi ki, ondakı güc Allahdandır. Bəs onda nəyə görə onların imanı sarsıldı? Görünür, onlar İsanın ardınca xudbin niyyətlə gedirdilər. Onlar maddi maraq güddükləri üçün İsanın yanında idilər.
Hər birimiz özümüzdən soruşmalıyıq: «Mən nəyə görə İsanın ardınca gedirəm? Əsas məqsədim bu gün və gələcəkdə nemətlər almaqdır? Yoxsa, məni buna təşviq edən Yehovaya məhəbbət və Onu razı salmaq istəyidir?»
Yehovaya ibadət etməyimizin əsas səbəbi növbəti amillərdirsə, nəyə görə imanımız sarsıla bilər?
-
Allahın xalqı ilə ünsiyyət etməyi xoşlayırıq
-
Cənnətdə yaşamaq istəyirik