Kontentə keç

Mündəricatı göstər

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN | XİDMƏTDƏ SEVİNCİNİZİ ARTIRIN

Dindaşlarınızın köməyini qəbul edin

Dindaşlarınızın köməyini qəbul edin

Yehova bacı-qardaşlarımız vasitəsilə bizə dayaq olur (1Bt 5:9). Dindaşlarımız xidmətdə üzləşdiyimiz çətinlikləri uğurla aşmağa bizə kömək edə bilərlər. Məsələn, Həvari Bulusa Akvilas, Priskilla, Sila, Timuti və başqaları kömək əli uzatmışdı (Hv 18:1—5).

Dindaşlarımız bizə xidmətdə necə kömək edə bilərlər? Onlar etirazların öhdəsindən gəlməyə, təkrar söhbətlər etməyə, Müqəddəs Kitab dərsinə başlamağa və keçirməyə dair məsləhətlər verə bilərlər. Düşünün görün yığıncağınızda kim sizə kömək edə bilər. Sonra isə ondan kömək istəyin. Şübhəsiz, bu hər ikinizə fayda gətirəcək və hər ikinizin sevincini artıracaq (Fp 1:25).

«YEHOVANIN KÖMƏYİNİ QƏBUL EDƏRƏK ŞAGİRD HAZIRLAMAĞIN SEVİNCİNİ DADIN. DİNDAŞLARIMIZ» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Nita Ceydi yığıncaq görüşünə gəlməyə necə həvəsləndirirdi?

  • Nəyə görə şagirdimizin dərsinə başqa təbliğçiləri də dəvət etməliyik?

  • Şagird bütün yığıncağın əməyinin məhsuludur

    Ceydlə Abiqayın hansı ortaq maraqları var idi?

  • Dindaşlarınız sizə hansı sahələrdə püxtələşməyə kömək edə bilər?