Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Ağlınızı işlətməyi daima öyrənin

Ağlınızı işlətməyi daima öyrənin

Atlet bacarıqlarını itirməmək üçün əzələlərini daima məşq etdirməlidir. Biz də əlimizdən gələni edib ağlımızı daima işlətməliyik ki, kütləşməsin (İb 5:14). Ola bilsin, bizə başqalarının qərarlarına baxıb qərar vermək daha asandır, amma biz özümüz düşünməyi, qərar verməyi öyrənməliyik. Nəyə görə? Çünki hər birimiz öz qərarlarımıza görə cavab verəcəyik (Rm 14:12).

Biz düşünməməliyik ki, əgər uzun illərdir vəftiz olunmuşuqsa, deməli, düzgün qərarlar verəcəyik. Müdrik qərarlar vermək üçün Yehovaya, Onun Kəlamına və təşkilatına tam güvənməliyik (Yş 1:7, 8; Ms 3:5, 6; Mt 24:45).

«VİCDANINIZI TƏMİZ SAXLAYIN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Emma hansı seçim qarşısında qalmışdı?

  • Nəyə görə vicdan məsələlərində şəxsi fikrimizi dilə gətirməməliyik?

  • Bir cütlük Emmaya hansı məsləhəti verdi?

  • Emma öz vəziyyətinə aid faydalı məlumatı haradan tapdı?