Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Nikah ömürlük ittifaqdır

Nikah ömürlük ittifaqdır

Xoşbəxt məsihi ailələri Yehovaya şərəf gətirir, ərlə arvada isə sevinc bəxş edir (Mr 10:9). Xoşbəxt, möhkəm ailəyə sahib olmaq üçün məsihilər həyat yoldaşı seçərkən Müqəddəs Kitabdakı prinsiplərə uyğun davranmalıdırlar.

Gəncliyin qaynar çağında ehtiras güclü olur. Bu isə insana düzgün qərarlar verməyə mane olur. Ona görə də bu dövr keçəndən sonra kiminləsə görüşməyə başlayın (1Kr 7:36). Subaylıq illərindən ağılla istifadə edin, Allahla münasibətlərinizi möhkəmləndirin və məsihi keyfiyyətlərinə yiyələnin. Onda ailənizin xoşbəxt olmasına töhfə verə biləcəksiniz.

Kiminləsə ailə qurmağa razılıq verməzdən əvvəl insanın daxili varlığını tanımağa çalışın (1Bt 3:4). Əgər ürəyinizdə ciddi şübhələr baş qaldırırsa, bu barədə həmin adamla söhbət edin. İstənilən münasibətdə olduğu kimi, nikahda da insanı birinci növbədə özünün nə əldə edəcəyi düşündürməməlidir, əksinə, o, qarşı tərəfin xoşbəxtliyi üçün əlindən gələni etməlidir (Fp 2:3, 4). Əgər ailə qurmazdan əvvəl Müqəddəs Kitab prinsiplərinə əməl etsəniz, onda xoşbəxt ailə həyatı üçün gözəl təməl qoyacaqsınız.

«NİKAHA HAZIRLIQ. III HİSSƏ. MƏSRƏFLƏRİ HESABLAYIN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Bacının Şeynlə münasibəti necə idi?

  • Bəs vaxt keçdikcə o nələri sezdi?

  • Valideynləri ona necə kömək etdi və o hansı qərarı verdi?