Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

«Əbədi xoşbəxt həyat!» nəşrinin xüsusiyyətləri

«Əbədi xoşbəxt həyat!» nəşrinin xüsusiyyətləri

«Əbədi xoşbəxt həyat!» nəşrindəki videolar və düşündürücü suallar xoşunuza gəlir? Bəs «Bəzi insanlar deyir», «Məqsəd» və «Əlavə məlumat» hissələri necə? Dərs keçən zaman bu kitabın başqa hansı xüsusiyyətləri sizin köməyinizə çatır? (Mt 28:19, 20).

Mənbələr. Əgər kitabın çap versiyası ilə dərs keçirsinizsə, onda videolar da daxil olmaqla mənbələrin hamısını necə tapa bilərsiniz? Kitabın elektron formatında dörd bölmədən birini seçin. Dərslərin adlarının siyahısından sonra «Mənbələr» başlığı gəlir. Həmin bölmə üçün olan bütün mənbələr orada yerləşir. (1-ci şəklə baxın.)

«Çap formatında». Əgər elektron cihaz vasitəsilə dərs keçirsinizsə, onda vaxtaşırı «Çap formatında» funksiyasından istifadə edə bilərsiniz. Sizə lazım olan dərsi açın, sonra səhifənin yuxarısında yerləşən alətlər panelində üç nöqtəyə basıb, «Çap formatında» funksiyasını seçin. Bu format sizə kömək edəcək ki, müzakirə etdiyiniz materialın dərsin ümumi mövzusu ilə necə əlaqəli olduğunu görəsiniz. Elektron formata qayıtmaq istəyəndə yenidən səhifənin yuxarısındakı üç nöqtəyə basın və «Elektron formatda» funksiyasını seçin.

«Hazıram?» Kitabın sonunda yerləşən bu çərçivələrdə yığıncaqla birgə təbliğ etmək və vəftiz olunmaq üçün əsas tələblər yer alır. (2-ci şəklə baxın.)

Əlavələr. Bu hissədə bəzi vacib mövzularla bağlı ətraflı məlumat yerləşir. Kitabın elektron formatında hər əlavənin sonunda link var. Həmin linki basanda yenidən dərsə, qaldığınız yerə qayıdacaqsınız. (2-ci şəklə baxın.)

İnkişaf edən şagirdlərlə hətta vəftiz olunandan sonra da «Əbədi xoşbəxt həyat!» kitabını axıra kimi keçib qurtarın. Şagird vəftiz olunsa belə, onunla dərs keçəndə saatı və təkrar söhbəti hesabatınıza daxil edin. Hesabatınızda həmçinin onun özünü də şagird kimi qeyd edin. Sizi müşayiət edən və dərsdə iştirak edən təbliğçi də saatı yaza bilər.