Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Yehova pərişan insanları hifz edir

Yehova pərişan insanları hifz edir

Hər kəsin həyatında kədərli anlar olur. Kədərlənmək ruhani cəhətdən zəif düşmək demək deyil. Hətta Yehovanın belə kədərləndiyi vaxtlar olurdu və O bunu gizlətmirdi (Yr 6:5, 6). Bəs əgər kədər hissi uzunmüddətlidirsə və heç cür ondan qurtula bilmiriksə, onda nə etməliyik?

Yehovadan kömək istəyin. Yehova bizim həm psixi (mental), həm də emosional cəhətdən hansı vəziyyətdə olduğumuzdan halidir. Özümüzü məyus hiss edəndə, yaxud sevinəndə Yehova bunu görür. O bizim fikirlərimizin, keçirdiyimiz hisslərin arxasında duran səbəbi bilir (Zb 7:9b). Ən əsası, Yehova bizim qeydimizə qalır, kədər hissi ilə, hətta depressiya ilə mübarizə aparmağımıza kömək edir (Zb 34:18).

Psixoloji sağlamlığınızı qoruyun. Mənfi hisslər xoşbəxtliyimizi əlimizdən ala, ibadətimizə əngəl törədə bilər. Buna görə də biz ürəyimizi, daxili aləmimizi qorumaq üçün əlimizdən gələni edirik (Ms 4:23).

«ONLARIN QƏLBİNDƏ SÜLH VAR. DEPRESSİYAYA RƏĞMƏN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Niki bacı depressiyanın öhdəsindən gəlmək üçün hansı addımları atdı?

  • Nəyin əsasında Niki müalicə almağın vacib olduğunu başa düşdü? (Mt 9:12)

  • Niki Yehovanın ona kömək etdiyinə nələrin sayəsində əmin oldu?