Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Bullinqlə üzləşəndə Yehovaya güvənin

Bullinqlə üzləşəndə Yehovaya güvənin

Aqressiv insanlar bizə fiziki və emosional zərbə vura, həmçinin ibadətimizə əngəl törədə bilər. Bu zaman qorxuya qapılsaq, ruhaniliyimiz zəifləyər. Özünüzü bullinqdən necə qoruya bilərsiniz?

Yehovanın bir çox xidmətçiləri Ona güvənməklə bullinqə qalib gələ bilmişlər (Zb 18:17). Məsələn, Əstər zorakı düşməni Həmanın planlarını üzə çıxarmaq üçün şahla danışdı (Əs 7:1—6). Bunu etməzdən əvvəl, o oruc tutaraq Yehovaya güvəndiyini göstərdi (Əs 4:14—16). Yehova Əstərin zəhmətini yerdə qoymadı, beləcə, onu və xalqını qorudu.

Əziz gənclər, bullinqlə üzləşəndə Yehovadan kömək istəyin və yetkin insanla, məsələn, valideyninizlə bu haqda danışın. Əmin olun, Yehova Əstərə dayaq olduğu kimi sizə də dayaq olacaq. Bullinqlə üzləşəndə daha nə edə bilərsiniz?

«YENİYETMƏ HƏYATI. BULLİNQİN ÖHDƏSİNDƏN NECƏ GƏLƏ BİLƏRƏM?» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Gənclər Çarlinin və Ferinin nümunəsindən nə öyrənə bilərlər?

  • Valideyn övladına bullinqlə mübarizə aparmağa kömək etmək üçün Çarli ilə Ferinin sözlərindən nə öyrənə bilər?