Kontentə keç

Mündəricatı göstər

16—22 sentyabr

ZƏBUR 85—87

16—22 sentyabr

Nəğmə 41 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Dua dözüm göstərməyə kömək edir

(10 dəq.)

Yehovadan sevinc diləyin (Zb 86:4)

Sadiq qalmaq üçün Yehovadan kömək diləyin (Zb 86:11, 12; w12 15/5 s. 25, abz. 10)

Yehovanın dualarınıza cavab verəcəyinə inanın (Zb 86:6, 7; w23.05 s. 13, abz. 17, 18)


DÜŞÜNÜN: «Sınaqlarla üzləşəndə tez-tez və uzun dualar edirəm?» (Zb 86:3).

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 86:11. Yehovaya bütün qəlbimizlə ehtiram bəslədiyimizi necə göstərə bilərik? (w20.06 s. 13, abz. 17, 18)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 3, bənd 5).

5. Təkrar söhbət

(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Ötən söhbətinizdə təzəlikcə baş verən hansısa hadisəyə görə narahatlığını bildirmiş insana Müqəddəs Kitab dərsi təklif et (lmd dərs 7, bənd 4).

6. Şagird hazırlamaq

(5 dəq.) lff dərs 15, bənd 5. Növbəti həftə dərsi keçə bilməyəcəyin üçün bir tədbir gör ki, şagird dərsindən qalmasın (lmd dərs 10, bənd 4).

MƏSİHİ HƏYATI

Nəğmə 83

7. «Ruhdan düşmə»

(5 dəq.) Müzakirə.

VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Nəyə görə bəzən xidmətə həvəsimiz soyuya bilər?

  • Nəyə görə təslim olmamalıyıq?

8. Müqəddəs Kitab dərsi təklif etməyə davam edin!

(10 dəq.). Müzakirə.

Bu ay keçirilən xüsusi kampaniyada «Əbədi xoşbəxt həyat!» broşüründən istifadə edərək Müqəddəs Kitab dərsinə başlamısınız? Əgər başlamısınızsa, yəqin ki, çox sevinirsiniz. Ehtimal ki, başqaları da sizə görə sevinir. Əgər kampaniya ərzində bir dənə də olsun Müqəddəs Kitab dərsinə başlamamısınızsa, sizə elə gələ bilər ki, zəhmətiniz hədər gedib. Buna görə ruhdan düşmüsünüzsə, nə edə bilərsiniz?

«Səbirlə davranaraq Allahın xidmətçiləri olduğumuzu göstəririk. Təbliğ edəndə» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Xidmətimizin səmərəsiz olduğunu düşünəndə 2 Korinflilərə 6:4, 6 ayələri bizə necə kömək edə bilər?

  • Müqəddəs Kitab dərsi başlamaq cəhdlərinizin boşa çıxdığını düşünürsünüzsə, nələri dəyişə bilərsiniz?

Unutmayın ki, bizə sevinc gətirən neçə nəfərlə Müqəddəs Kitab dərsi keçməyimiz deyil, çəkdiyimiz zəhmətin Yehovanı razı saldığını bilməkdir (Lk 10:17—20). Odur ki, bu xüsusi kampaniyada can-dildən iştirak etməyə davam edin və unutmayın ki, Rəbbin «yolunda çəkdiyiniz zəhmət hədər deyil» (1Kr 15:58).

9. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 39 və dua