Kontentə keç

Mündəricatı göstər

XİDMƏTDƏ PÜXTƏLƏŞƏK

Xidmətdə püxtələşək. Təkrar söhbət üçün zəmin yarat

Xidmətdə püxtələşək. Təkrar söhbət üçün zəmin yarat

NƏ ÜÇÜN VACİBDİR?

Biz əkdiyimiz həqiqət toxumlarını sulamalıyıq (1Kr 3:6). Kimsə həqiqətə maraq göstərəndə növbəti dəfə müzakirə etmək üçün sual qaldırmalıyıq. Belə etsək, həmin adam gələn dəfəki söhbəti maraqla gözləyəcək və bizə də söhbətə hazırlaşmaq asan olacaq. Növbəti dəfə gələndə ona deyə bilərik ki, keçən dəfə qaldırdığımız suala cavab verməyə gəlmişik.

NECƏ ETMƏLİ?

  • Ev-ev təbliğ üçün təqdimə hazırlayarkən təkrar söhbətdə müzakirə etmək üçün sual da hazırla. Elə sual seçə bilərsən ki, cavabı ya təklif edəcəyin nəşrdə olsun, ya da təkrar söhbət zamanı təqdim etmək istədiyin dərs vəsaitində olsun.

  • Maraq göstərən şəxslə söhbətini yekunlaşdırarkən onunla yenidən söhbət etmək istədiyini bildir, sonra hazırladığın sualı söylə. Əgər mümkündürsə, ondan əlaqə saxlamaq üçün məlumat al.

  • Əgər konkret vaxtda gələcəyini demisənsə, sözünün üstündə dur (Mt 5:37).