Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

İbadət yerlərini tikmək və onlara qulluq etmək böyük şərəfdir

İbadət yerlərini tikmək və onlara qulluq etmək böyük şərəfdir

İsraildə məbədi tikmək üçün çoxlu zəhmət və xərc tələb olunurdu. Lakin israillilər bu layihəni canla-başla dəstəkləyirdilər (1Sm 29:2—9; 2Sm 6:7, 8). Məbədin inşası tamamlandıqdan sonra isə onun vəziyyəti israillilərin ruhaniliyini əks etdirirdi (2Pd 22:3—6; 2Sm 28:24; 29:3). Bu gün məsihilər ibadət evlərinin və toplantı zallarının inşasına, təmizliyinə və təmirinə çoxlu vaxt və güc sərf edirlər. Lakin bu məsələdə Yehova ilə birgə çalışmaq böyük şərəfdir. Bu, həm də bizim müqəddəs ibadətimizdir (Zb 127:1; Vh 7:15).

BİZİM TÖHFƏMİZ:

  • Hər görüşdən sonra ibadət evini təmizləyin. Əgər imkanınız məhduddursa, heç olmazsa, oturduğunuz yeri və ətrafını təmizləyin.

  • İbadət evinin təmizlənməsində və təmirində həmişə iştirak edin. Adam nə qədər çox olsa, iş bir o qədər xoş və yüngül olar (lv s. 92, abz. 18).

  • Maddi dəstək olun. Hətta ürəkdən verilən «iki xırda pul» da Yehovanın könlünü şad edir (Mr 12:41—44).

  • Əgər imkanınız yol verirsə, ibadət yerlərinin tikintisində və təmirində kömək edin. Bunun üçün tikinti təcrübəsi tələb olunmur.