Hizqiyyə imanına görə mükafat aldı
Aşşur padşahı Sinaxerib rəbsaqı Yerusəlimə göndərdi ki, şəhərin təslim olmasını tələb etsin. Aşşurlular yəhudiləri döyüşsüz təslim olmağa təhrik etmək üçün cürbəcür səbəblər gətirdilər.
-
Tək qalacaqları ilə qorxutdular. Misir sizə kömək etməyəcək (Əş 36:6).
-
Şübhə toxumu səpdilər. Yehova sizdən narazıdır, buna görə də sizin uğrunuzda döyüşməyəcək (Əş 36:7, 10).
-
Hədələdilər. Aşşur ordusunun gücü qarşısında tab gətirə bilməzsiniz (Əş 36:8, 9).
-
Şirnikləndirdilər. Aşşurlulara təslim olsanız, güzəranınız yaxşılaşacaq (Əş 36:16, 17).