MƏSİHİ HƏYATI
Təqiblərə məruz qalanlar üçün dua etməyi unutmayın
Müqəddəs Kitabda qabaqcadan deyilmişdi ki, Şeytan təqiblər vasitəsilə Allaha ibadət etməyimizə mane olmağa çalışacaq (Yh 15:20; Vh 12:17). Başqa ərazilərdə təqiblərlə üzləşən bacı-qardaşlarımıza necə kömək edə bilərik? Onlar üçün dua etməklə. «Salehin hərarətli duasının böyük təsiri var» (Yq 5:16).
Nə haqda dua edə bilərik? Duada Yehovadan xahiş etmək olar ki, həmin bacı-qardaşlara cəsarət versin, qorxmamaları üçün onlara dayaq olsun (Əş 41:10—13). Biz həmçinin dövlət nümayəndələri üçün dua edə bilərik ki, təbliğ işimizi icra etməyə icazə versinlər və biz «qulağımız dinc, sakit yaşayaq» (1Tm 2:1, 2).
Həvari Bulus və Butrus həbs ediləndə o dövrdə yaşayan dindaşları şəxsən onlar üçün dua etmişdilər (Hv 12:5; Rm 15:30, 31). Hətta əgər təqib olunan dindaşımızın adını bilmiriksə, duada onun xidmət etdiyi yığıncağın, ölkənin və ya ərazinin adını çəkə bilərik.