Kontentə keç

Mündəricatı göstər

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | MƏTTA 8, 9

İsa Məsih insanları sevirdi

İsa Məsih insanları sevirdi

Məttanın yazdığı müjdənin 8 və 9-cu fəsillərində İsa xidmətinin bir hissəsi qələmə alınıb. İsanın insanlara şəfa verməsindən necə gücə malik olduğu görünürdü. Ən əsası isə onun insanlara olan məhəbbəti və göstərdiyi şəfqət aydın görünürdü.

  1. İsa bir cüzamlını sağaltdı (Mt 8:1—3).

  2. İsa yüzbaşının nökərini sağaltdı (Mt 8:5—13).

    O, Butrusun qayınanasını sağaltdı (Mt 8:14, 15).

    İsa adamların içinə girmiş cinləri qovdu, xəstəlikdən əziyyət çəkən insanları sağaltdı (Mt 8:16, 17).

  3. O, vəhşi cinləri qovaraq onları donuz sürüsünün içinə göndərdi (Mt 8:28—32).

  4. İsa iflic olmuş bir adamı sağaltdı (Mt 9:1—8).

    O, paltarının ətəyinə toxunan qadına şəfa verdi və Yairin qızını diriltdi (Mt 9:18—26).

    İsa Məsih iki korun gözünü və bir lal adamın dilini açdı (Mt 9:27—34).

  5. İsa şəhərləri və kəndləri bir-bir gəzərək hər cür xəstəliyi və naxoşluğu sağaldırdı (Mt 9:35, 36).

Mən insanlara məhəbbət və şəfqət necə göstərə bilərəm?