«Boyunduruğum rahatdır»
İsa dülgər olduğu üçün boyunduruğu necə düzəltməyi bilirdi. Ola bilsin, o, boyunduruğu əski və ya dəri ilə sarıyırdı ki, onu daşımaq rahat olsun. Vəftiz olarkən biz İsanın boyunduruğunu götürürük, yəni onun şagirdi oluruq. Bununla da üzərimizə çətin iş və məsuliyyətlər götürmüş oluruq. Lakin, eyni zamanda bu, bizə təravət gətirir və nəticədə çoxlu nemətlər qazanırıq.
Vəftiz olandan bəri hansı nemətləri almısan?