Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Əvvəlcə get qardaşınla barış. Necə?

Əvvəlcə get qardaşınla barış. Necə?

Təsəvvür et ki, sən İsa Məsihin yer üzündə olduğu dövrdə Cəlilə şəhərində yaşayırsan və Yerusəlimə Çardaqlar bayramına gəlmisən. Şəhər yaxından-uzaqdan gələn dindaşlarınla qaynayır. Sən Yehovaya heyvan qurbanı gətirmək istəyirsən. Qurbanlıq keçini məbədə aparmaq üçün min bir əziyyətlə camaatın arasından keçirsən. Gəlib məbədə çatanda görürsən ki, adam əlindən tərpənməyə yer yoxdur, hamı Allaha qurban verməyə gəlib. Bu qədər əziyyətdən sonra nəhayət qurban vermək növbəsi sənə çatır. Elə həmin vaxt yadına düşür ki, qardaşın səndən inciyib, sən isə bilmirsən o indi haradadır — izdihamın arasında, yoxsa haradasa şəhərdə. İsa Məsih belə vəziyyətdə necə davranmaq lazım olduğunu izah etmişdi. (Mətta 5:24 ayəsini oxu.) Onun sözlərinə əsasən, sən və səndən inciyən qardaşın sülhü necə qoruya bilərsiniz? Aşağıdakı iki çərçivədə qeyd olunan cavablardan hansı düzgündür? Düzgün cavabı işarələ.

SƏN...

  • qardaşınla yalnız o halda danışacaqsan ki, onun səndən inciməyinə haqq verirsən

  • qardaşının tez inciyən və bu məsələdə onun da günahının olduğunu hesab etdiyin üçün onun səhvini başa salacaqsan

  • qardaşın öz hisslərini ifadə edəndə onu səbirlə dinləyəcəksən; müəyyən şeylər sənə qaranlıq qalsa belə, qardaşından onun xətrinə dəydiyinə görə üzr istəyəcəksən və bildirəcəksən ki, belə olmasını heç istəməzdin

QARDAŞIN...

  • özünə tərəfdar yığmaq üçün yığıncaqda kimlərəsə səndən ürəyinin necə qırıldığını danışır

  • əsəbi halda məsələnin xırdalığına kimi gedib səni günahkar çıxarmağa çalışır

  • başa düşəcək ki, sən ona yaxınlaşmaqla cəsarət və təvazökarlıq göstərmisən və səni ürəkdən bağışlayacaq

Bizlər bu gün Allaha heyvan qurbanlığı gətirmirik. Bəs İsa Məsihin verdiyi bu təlim bizə dindaşımızla sülhdə olmaq və Allaha məqbul ibadət etmək barədə nə öyrədir?