MƏSİHİ HƏYATI
Nikahınızı qoruyun
Yehova nikah andına çox ciddi yanaşır. O ərlə arvada bir-birinə bağlanmağı buyurur (Mt 19:5, 6). Allahın xalqı arasında xoşbəxt ailələr çoxdur. Amma heç bir ailə mükəmməl deyil. Hər ailədə problem olur. Bu dünyada insanlar ailədə problem yaranan kimi həllini ya ayrı yaşamaqda ya da boşanmaqda görürlər. Amma biz bu fikri qəbul etməməliyik. Bəs məsihilər nikahlarını necə qoruya bilər?
Beş mühüm addıma nəzər salaq:
-
Flirti və əxlaqsız əyləncələri rədd edərək ürəyinizi qoruyun çünki bu kimi şeylər nikahı zəiflədir (Mt 5:28; 2Bt 2:14).
-
Allahla dostluğunuzu möhkəmləndirin və Onun nikahınızdan razı qalması üçün əlinizdən gələni edin (Zb 97:10).
-
Yeni şəxsiyyəti geyinmək üçün həmişə çalışın və həyat yoldaşınızın gününü xoş etmək üçün kiçik də olsa, xeyirxah işlər görün (Kl 3:8—10, 12—14).
-
Söhbətləriniz hörmətcil və mənalı olsun (Kl 4:6).
-
Ər-arvadlıq borcunu məhəbbətlə və nəvazişlə ödəyin (1Kr 7:3, 4; 10:24).
Məsihilər nikahlarına hörmət edəndə ailənin Banisi Yehovaya hörmət etmiş olurlar.
«“YARIŞDA DÖZÜMLƏ QAÇIN”. QAYDALARA RİAYƏT EDİN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Nikahda hansı çətinliklər yarana bilər?
-
Müqəddəs Kitabdakı məsləhətlər hətta sevgi olmayan ailəyə belə, necə kömək edə bilər?
-
Yehova nikahla bağlı hansı qaydaları təsis edib?
-
Nikahın xoşbəxt olması üçün ərlə arvaddan nə tələb olunur?