Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Gələcək azadlıq. Allaha və Məsihə minnətdarıq

Gələcək azadlıq. Allaha və Məsihə minnətdarıq

Hər gün hansı çətinliklərlə üzləşirsiniz? Ola bilsin, ailə başçısı olaraq çoxlu məsuliyyətləriniz var. Yaxud ola bilsin, övladınızı tək böyüdürsünüz və ailənizi tək dolandırırsınız. Yaxud məktəb yoldaşlarınız sizi ələ salır. Bəlkə də səhhətiniz zəifdir, yaxud yaşlanmısınız və əvvəlki qədər taqətiniz qalmayıb. Hər kəsin bir dərdi var. Bəzi məsihilərin isə dərdi başından aşır. Amma bir şeyi bilirik ki, bütün bu problemlərdən canımız qurtaracaq (2Kr 4:16—18).

O vaxta qədər isə Yehovanın çəkdiyimiz əzabları başa düşdüyünü, sədaqətimizi və dözümümüzü qiymətləndirdiyini, bizim üçün böyük nemətlər hazırladığını bilməkdən təsəlli tapırıq (Ər 29:11, 12). İsa Məsih də bizə şəxsən qayğı göstərir. O bizi əmin edir ki, məsihi öhdəçiliklərimizi icra edərkən bizimlə olacaq (Mt 28:20). Allahın Padşahlığının bəxş edəcəyi gələcək azadlıq barədə dayanıb düşünəndə ümidimiz və bugünkü sınaqlara dözmək qətiyyətimiz möhkəmlənir (Rm 8:19—21).

«FIRTINA YAXINLAŞIR GÖZÜNÜZÜ İSADAN AYIRMAYIN! PADŞAHLIĞIN GƏLƏCƏK XEYİR-DUALARI» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Bəşəriyyət Allahdan necə uzaq düşdü və bunun nəticəsi nə oldu?

  • Yehovaya sadiq qalan insanları necə gələcək gözləyir?

  • Bu gözəl gələcək nəyin sayəsində mümkündür?

  • Yeni dünyada hansı nemətləri almağı səbirsizliklə gözləyirsiniz?

Özünüzü yeni dünyada təsəvvür edin