Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Valideynlər, övladlarınıza cinsi tərbiyə verin

Valideynlər, övladlarınıza cinsi tərbiyə verin

Biz elə bir dünyada yaşayırıq ki, pisi yaxşı, yaxşını pis kimi qələmə verirlər (Əş 5:20). İnsanlar Yehovanın nifrət etdiyi işləri görürlər. Bu işlərdən biri də odur ki, eynicinsli insanlar öz aralarında nalayiq hərəkətlərə yol verirlər. Məktəb yoldaşları və ya başqaları əziz gənclərimizi öz yollarına çəkməyə çalışacaq. Övladlarınızı bu kimi vəziyyətlərdən başıuca çıxmağa necə hazırlaya bilərsiniz?

Övladlarınıza Yehovanın qayda-qanunlarını aşılayın (Lv 18:3). Onlara yaşlarına uyğun olaraq Müqəddəs Kitabda cinsi münasibətlər barədə nə deyildiyini öyrədin (Qn 6:7). Düşünün: «Övladlarıma nəvaziş göstərməyin düzgün formalarını, ədəbli geyinməyin və öz məhrəm yerlərini başqalarından qorumağın vacibliyini başa salıram? Əgər kimsə onlara pornoqrafiya göstərmək istəsə yaxud Yehovanın günah hesab etdiyi əməlləri görməyə sövq etsə onlar necə davranacaqlarını bilir?» Qabaqcadan bunları bilsələr bir çox bəladan uzaq dura bilərlər (Ms 27:12; Vz 7:12). Uşaqlarınızı öyrətməklə Yehovanın verdiyi bu qiymətli mirası sevdiyinizi göstərirsiniz (Zb 127:3).

«“EVİNİZİN” MÖHKƏM VƏ DAVAMLI OLMASI ÜÇÜN... UŞAQLARINIZI PİS ŞEYLƏRDƏN QORUYUN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Nəyə görə bəzi valideynlərə uşaqları ilə cinsi münasibətlər barədə danışmaq çətindir?

  • Nəyə görə valideynlər övladlarına Yehovanın tərbiyəsini və öyüd- nəsihətini aşılamalıdırlar? (Ef 6:4)

  • Bilik müdafiədir

    Uşaqlarına cinsi tərbiyə vermək üçün Yehovanın təşkilatı valideynləri hansı vəsaitlərlə təmin edir? (w19.05 s. 12, çər.)

  • Nəyə görə problem yaranmazdan əvvəl övladlarınızla müntəzəm söhbət etməlisiniz?