Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Hər kəsə təbliğ etmək üçün təşkil olunmuşuq

Hər kəsə təbliğ etmək üçün təşkil olunmuşuq

Yehova qədimdə İsrail xalqını təşkil etdiyi kimi, bu gün də xalqını təşkil edib ki, Onun iradəsini yerinə yetirsinlər. Bütün dünyada filiallar, rayonlar, yığıncaqlar və təbliğ xidməti qrupları müjdəni təbliğ etmək üçün birgə fəaliyyət göstərir. Biz hər kəsə, eləcə də başqa dildə danışan insanlara təbliğ edirik (Vh 14:6, 7).

Kiməsə həqiqəti öyrətmək üçün hansısa bir dili öyrənməyi heç düşünmüsünüz? Yeni dil öyrənməyə vaxtınız olmasa da, «JW Language» tətbiqindən istifadə edərək sadə təqdimat öyrənə bilərsiniz. Həmin təqdimatı xidmətdə istifadə edəndən sonra siz də birinci əsrdəki dindaşlarınız kimi sevinc duyacaqsınız. Onlar da başqa xalqdan olan insanlara Allahın əzəmətli işləri haqqında öz dillərində danışanda çox sevinmişdilər (Hv 2:7—11).

«YEHOVANIN DOSTU OL. ƏCNƏBİLƏRƏ TƏBLİĞ EDƏK» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • «JW Language» tətbiqindən nə zaman istifadə etmək olar?

  • Bu tətbiqin hansı müsbət cəhətləri var?

  • Bütün dillərdə danışan insanlar xoş xəbəri eşitməlidir

    Sizin ərazinizdə insanlar hansı dillərdə danışırlar?

  • Başqa dildə danışan insan Padşahlıq xəbərinə maraq göstərəndə nə etmək lazımdır? (od s. 100—101, abz. 39—41)