MƏSİHİ HƏYATI
İşmuilin həyatından nə öyrənirik?
İşmuil həyatı boyu Yehovaya sadiq qaldı. Balaca olanda Əlinin oğulları Hüfni və Fənhasın yolu ilə getmədi (1İş 2:22—26). «İşmuil böyüyürdü. Yehova onunla idi» (1İş 3:19). Qocalıb yaşa dolanda da, hətta oğlanları Yehovanın yolu ilə getməsələr də, o, Yehovaya sədaqətlə xidmət edirdi (1İş 8:1—5).
İşmuilin həyatından nə öyrənirik? Əgər siz gəncsinizsə, əmin olun ki, Yehova üzləşdiyiniz çətinliklərdən agahdır və nələr keçirdiyinizi yaxşı başa düşür. O sizə cəsarətli olmağa kömək edəcək (Əş 41:10, 13). Əgər övladınız Yehovanın yolundan dönübsə, İşmuildən təsəlli tapın. O da oğullarını Yehovaya sadiq qalmağa məcbur edə bilməmişdi. Məsələni Yehovanın öhdəsinə buraxmışdı. Diqqətini özünün Allahla münasibətinə, Onu razı salmağa cəmləmişdi. Ola bilsin, sizin yaxşı nümunəniz övladınızı Yehovaya geri dönməyə təşviq edəcək.
«ONLARDAN NÜMUNƏ GÖTÜRƏK. İŞMUİL PEYĞƏMBƏR» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
İşmuil balaca olanda necə cəsarətlə davranmışdı?
-
Deni necə cəsarətlə davrandı?
-
İşmuil yaşlı insanlar üçün hansı gözəl nümunəni qoyub?
-
Deninin valideynləri hansı gözəl nümunəni qoydular?