MƏSİHİ HƏYATI
Gənclər, ürəyinizi valideynlərinizə açın
Nəyə görə fikirlərinizi valideynlərinizə açıq deməlisiniz? (Ms 23:26). Çünki Yehova onlara sizin qayğınıza qalmaq, sizə yol göstərmək məsuliyyətini verib (Zb 127:3, 4). Əgər narahatlıqlarınızı, qayğılarınızı onlardan gizlətsəniz, sizə kömək edə bilməyəcəklər. Həmçinin onların həyat təcrübəsindən də faydalana bilməyəcəksiniz. Bəs bəzi fikirləri açıb deməməkdə səhv nəsə var? Xeyr, əgər kələk gəlmirsinizsə (Ms 3:32).
Valideynlərinizlə necə söhbət edə bilərsiniz? Çalışın həm sizə, həm də onlara münasib olan vaxtı seçəsiniz. Əgər bu, çətindirsə, onlardan birinə məktub yazıb, hisslərinizi bölüşə bilərsiniz. Bəs əgər onlar sizin danışmaq istəmədiyiniz mövzuya toxunsalar, onda necə? Yadda saxlayın ki, onlar sizə kömək etmək istəyirlər. Valideynlərinizə düşmən kimi yox, dost kimi baxın. Valideynlərinizlə açıq ünsiyyət etməyə çalışsanız, bunun xeyrini ömür boyu, əbədiyyən görəcəksiniz (Ms 4:10—12).
«YENİYETMƏ HƏYATI. VALİDEYNLƏRLƏ ÜNSİYYƏT» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:
-
Ester və Partik özləri barədə nəyi başa düşdülər?
-
İsanın nümunəsindən nə öyrənirsiniz?
-
Valideynləriniz qayğınıza qaldıqlarını necə göstərirlər?
-
Müqəddəs Kitabdakı hansı prinsiplər sizə valideynlərinizlə söhbət etməyə kömək edə bilər?