Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Sağlamlıqla bağlı gözlənilməz vəziyyətlərə indidən hazırlaşın

Sağlamlıqla bağlı gözlənilməz vəziyyətlərə indidən hazırlaşın

Nəyə görə vacibdir? İnsanın başına gözlənilmədən hadisə gələ bilər, qəfildən xəstəxanaya düşə bilər. Buna görə də zərurət yarananda keyfiyyətli müalicə almaq üçün indidən tədbir görün. Belə etməklə həyat ənamına və Yehovanın qanla bağlı qanununa hörmət etdiyinizi göstərirsiniz (Hv 15:28, 29).

Necə hazırlaşa bilərsiniz?

  • Dua edin və «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» (dpa) blankını diqqətlə doldurun a. Vəftiz olunmuş təbliğçilər ədəbiyyat üçün cavabdeh qardaşlardan özləri üçün bu blankı, azyaşlı övladları üçün isə «Şəxsiyyət vəsiqəsi»ni (ic) ala bilərlər

  • Əgər hamiləsinizsə, ağsaqqallardan «Hamilələr üçün məlumat» (S-401) blankını istəyin. Bu sənəd hamiləlik və doğuş zamanı yaranan vəziyyətlərdə düzgün qərarlar verməyə kömək edəcək

  • Əgər qanla bağlı məsələ yaransa, yaxud xəstəxanada yatmalı olsanız, ağsaqqallarınıza qabaqcadan xəbər verin və xəstəxanada bildirin ki, Yehovanın Şahidlərinin dini xidmətçisi sizə baş çəkəcək.

Ağsaqqallar necə kömək edə bilər? Onlar sizə «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə»ni doldurmağa kömək edə bilərlər. Ancaq müalicə ilə bağlı sizin yerinizə qərar verməyəcəklər və ya şəxsi seçim məsələlərinə gəldikdə öz fikirlərini bildirməyəcəklər (Rm 14:12; Qt 6:5). Üzləşdiyiniz vəziyyətdə qandan istifadə olunma ehtimalı yaransa, yığıncağınızın ağsaqqallarına məlumat verin. Onlar dərhal Xəstəxanalarla əlaqə komitəsi (XƏK) ilə əlaqə saxlayacaqlar.

Xəstəxanalarla əlaqə komitəsinin köməyi. XƏK-də xidmət edən qardaşlar tibb və hüquq işçilərinə qanla bağlı mövqeyimiz barədə məlumat vermək üçün təlim alıblar. Onlar sizin nümayəndələrinizə izah edə bilərlər ki, qan köçürmədən hansı üsullarla müalicə oluna bilərsiniz. Lazım gəlsə, qanla bağlı mövqeyimizə hörmətlə yanaşan həkim tapa bilərlər.

«MÜALİCƏ ZAMANI QANLA BAĞLI NECƏ QƏRAR VERMƏLİ?» ADLI VİDEOYA BAXANDAN SONRA SUALA CAVAB VERİN:

  • Videoya əsasən, gözlənilməz vəziyyətlərə qabaqcadan necə hazırlaşa bilərsiniz?

a «Əbədi xoşbəxt həyat!» kitabının 39-cu dərsi qanla bağlı müalicə üsullarına dair qərar verməyə kömək edə bilər.