Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Yehova sınaqlara dözməyə kömək edir

Yehova sınaqlara dözməyə kömək edir

Axırzamanda çoxlu sınaqlarla üzləşirik. Hərdən bizə elə gəlir ki, artıq dözməyə gücümüz qalmayıb. Ancaq Yehova ilə münasibətimizi möhkəmləndirməyə davam etsək, O bizə hətta ən çətin sınaqlara da dözməyə kömək edəcək (Əş 43:2, 4). Bəs sınağın içində ola-ola Yehova ilə münasibətimizi necə möhkəmləndirə bilərik?

Dua. Yehovaya ürəyimizi açıb-boşaldanda O, qəlbimizə rahatlıq verir və dözmək üçün bizi möhkəmləndirir (Fp 4:6, 7; 1Sk 5:17).

Yığıncaq görüşləri. Yehovanın ibadət görüşlərində təqdim etdiyi ruhani qidaya, eləcə də dindaşlarımızla ünsiyyətə indi daha çox ehtiyacımız var (İb 10:24, 25). İbadət görüşlərinə hazırlaşanda, yığıncaqlara gələndə və müzakirələrdə iştirak edəndə Yehovanın ruhunun gücünü tam hiss edirik (Vh 2:29).

Xidmət. Xidmətdə bacardığımız qədər fəal olsaq, diqqətimizi müsbət şeylərə cəmləmək asan olacaq. Həmçinin Yehovayla və dindaşlarımızla dostluq tellərimiz daha da möhkəm olacaq (1Kr 3:5—10).

«YEHOVA SƏNİ QƏBUL EDƏR» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Sınaqlar vaxtı Maluya Yehova ilə münasibətlərini möhkəm saxlamağa nə kömək etdi?

  • Zəbur 34:18 ayəsi sınaqlar zamanı bizə necə təsəlli verə bilər?

  • Malunun nümunəsindən necə görünür ki, sınaqlar vaxtı Yehova bizə insan gücündən üstün olan güc verir? (2Kr 4:7)