Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Allahın düşüncə tərzinə bələd olun

Allahın düşüncə tərzinə bələd olun

Biz hər işdə Yehovanı razı salmaq istəyirik (Ms 27:11). Buna görə də hətta konkret qanun olmayanda da Allahın düşüncə tərzinə uyğun olan qərarlar verməliyik. Bəs bu işdə bizə nə kömək edə bilər?

Müqəddəs Kitabı hər gün mütaliə edin. Hər dəfə Müqəddəs Kitabı oxuyanda sanki Yehova ilə vaxt keçiririk. Yehovanın insanlarla rəftarı, o cümlədən yaxşı və pis əməl sahiblərinin əhvalatları barədə oxumaqla Onun düşüncə tərzinə bələd ola bilərik. Qərar verməli olanda müqəddəs ruh Allahın Kəlamından öyrəndiyimiz vacib fikirləri və prinsipləri yadımıza sala bilər (Yh 14:26).

Araşdırma aparın. Qərar qarşısında qalanda özünüzə sual verin: «Müqəddəs Kitabdakı hansı ayələr və əhvalatlar mənə Yehovanın bu məsələyə baxışını başa düşməyə kömək edə bilər?» Dua edib Yehovadan kömək istəyin. Təşkilatımızın sizin dildə mövcud olan axtarış vəsaitlərinin köməyilə vəziyyətinizə uyğun prinsipləri tapın və onlara uyğun davranın (Zb 25:4).

«“YARIŞDA DÖZÜMLƏ QAÇIN”. DÜZGÜN QİDALANIN» ADLI VİDEOYA BAXANDAN SONRA SUALLARA CAVAB VERİN:

  • Gənc bacı hansı sınaqlarla üzləşmişdi?

  • Bu cür sınaqların öhdəsindən gəlmək üçün axtarış vəsaitlərindən necə istifadə edə bilərsiniz?

  • Araşdırma aparmaq və mütaliə etmək qərar verməli olarkən bizə necə kömək edə bilər? (İb 5:13, 14)