Kontentə keç

Mündəricatı göstər

MƏSİHİ HƏYATI

Anma mərasimi ilə bağlı qarşınıza məqsədlər qoyun

Anma mərasimi ilə bağlı qarşınıza məqsədlər qoyun

Hər il Yehovanın xalqı Anma mərasimini birlikdə qeyd etməyi səbirsizliklə gözləyir. Anma mərasimindən əvvəlki və sonrakı həftələrdə fidyəyə görə Yehovaya həmd etmək və minnətdarlığımızı bildirmək üçün xüsusi imkanımız olur (Ef 1:3, 7). Misal üçün, biz əlimizdən gələni edirik ki, insanları bu mərasimə dəvət edək. Kimlərsə öz cədvəlində müəyyən dəyişikliklər edir ki, mart və aprel ayları ərzində 30, yaxud 50 saatlıq norma ilə köməkçi öncül kimi xidmət etsin. Bu il Anma mərasimindən əvvəl, yaxud sonra siz də bir az artıq xidmət edə bilərsiniz? Buna necə nail ola bilərsiniz?

Çox vaxt işləri əvvəlcədən planlaşdırmağın böyük köməyi dəyir (Ms 21:5). Anma mərasimi yaxınlaşdığı üçün artıq indidən işlərinizi planlaşdırmağa başlayın. Düşünün görün həmin vaxt xidmətinizi necə genişləndirə bilərsiniz və məqsədlərinizə çatmaq üçün nə etməlisiniz. Sonra isə Yehovaya dua edib kömək istəyin (1Yh 5:14, 15).

Anma mərasimindən əvvəl, yaxud sonra xidmətinizi genişləndirmək üçün nə edə bilərsiniz?