Kontentə keç

Mündəricatı göstər

19—25 fevral

ZƏBUR 8—10

19—25 fevral

Nəğmə 2 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. «Səni mədh edərəm, ey Yehova»!

(10 dəq.)

Yehova bizə qarşı həddən artıq xeyirxahdır (Zb 8:3—6; w21.08 s. 3, abz. 6)

İnsanlara Yehovanın gördüyü möhtəşəm işlər barədə danışmaqla, Onu mədh edirik (Zb 9:1; w20.05 s. 23, abz. 10)

Nəğmələrimizi ürəkdən ifa etməklə də Yehovanı mədh etmiş oluruq (Zb 9:2; w22.04 s. 7, abz. 13)

DÜŞÜNÜN: «Yehovanı daha necə mədh edə bilərəm?»

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 8:3. Davud Allahın yaratdıqlarından nə öyrənmişdi? (w23.03 s. 18—19, abz. 14)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) EV-EV TƏBLİĞ. Ev sakini Allaha inanmadığını deyir (lmd dərs 5, bənd 4).

5. Təkrar söhbət

(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Keçən dəfə həmsöhbətin Allaha inanmadığını deyib, lakin Yaradanın mövcud olduğunu göstərən dəlilləri araşdırmağa marağı var (th dərs 7).

6. Nitq

(5 dəq.) w21.06 s. 6—7, abz. 15—18. Mövzu: Şagirdinizə Yehovanı mədh etməyə kömək edin (th dərs 10).

MƏSİHİ HƏYATI

Nəğmə 10

7. Qeyri-formal şahidlik verərkən necə təbii davrana bilərik?

(10 dəq.). Müzakirə.

Yehovanı mədh etməyin üsullarından biri gündəlik həyatda rastlaşdığımız insanlara şahidlik etməkdir (Zb 35:28). Əvvəl-əvvəl qeyri-formal şahidlik verəndə həyəcanlana bilərik. Lakin təbii yolla söhbətə necə başlayıb davam edəcəyimizi öyrənəndə bu sahədə daha təcrübəli olacağıq, hətta xidmətin bu növü bizə zövq verəcək!

«“Sülh müjdəsini” bölüşməyə hazır olun. Təşəbbüs göstərin» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

Səhnələşdirilmiş videodan qeyri-formal şahidlikdə daha səmərəli olmaqla bağlı nə öyrəndiniz?

Aşağıdakı məsləhətlər sizə söhbətə başlamağa kömək edə bilər:

  •   Hər dəfə harasa gedəndə söhbətə başlamaq üçün fürsətlər axtarın. Bu barədə dua edin və Yehovadan xahiş edin ki, səmimi qəlbli insanları rastınıza çıxartsın

  •   Qarşınıza çıxan insanla mehriban rəftar edin və səmimi maraq göstərin. Həmin insanı tanımağa çalışın ki, ona maraqlı gələcək Müqəddəs Kitab mövzusunu seçə biləsiniz

  •   Əgər alınsa, bir-birinizə əlaqə nömrənizi verin

  •   Söhbət gözlənilmədən bitsə və müjdəni çatdıra bilməsəniz, kefinizi pozmayın

  •   Söhbətdən sonra həmin insan haqda düşünün. Ona maraqlı gələcək Müqəddəs Kitab ayəsi və ya jw.org saytından bir məqalə göndərməklə səmimi maraq göstərin

Tətbiq edin: Həftə sonunu necə keçirdiyiniz ilə maraqlanan insanla ibadət görüşündə öyrəndiyiniz hansısa fikri bölüşün və ya Müqəddəs Kitab müəllimi kimi gördüyün hansısa işdən danışın.

8. Yığıncağın tələbatları

(5 dəq.)

9. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 65 və dua