Kontentə keç

Mündəricatı göstər

20—26 yanvar

ZƏBUR 138, 139

20—26 yanvar

Nəğmə 93 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Qorxularınızı dəf edib ibadət görüşlərində fəal olun

(10 dəq.)

Biz bütün qəlbimizlə Yehovanı mədh etmək istəyirik (Zb 138:1)

İbadət görüşlərində iştirak edəndə həyəcanlanırsınızsa, Yehovanın köməyinə sığının (Zb 138:3)

Həyəcanlı olmaq yaxşı əlamətdir (Zb 138:6; w19.01 s. 10—11, abz. 10)

MƏSLƏHƏT. Qısa şərhlər vermək həyəcanınızın azalmasına kömək edəcək (w23.04 s. 21, abz. 7).

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 139:1—4. Bu ayələrə əsasən, dirilmə Yehovanın bizi yaxşı tanıdığını necə göstərir? (w20.08 s. 17, abz. 13)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(3 dəq.) İCTİMAİ ŞAHİDLİK. (lmd dərs 2, bənd 3)

5. Şagird hazırlamaq

(4 dəq.) İCTİMAİ ŞAHİDLİK. Müqəddəs Kitab dərsi təklif et və onun necə keçirildiyini göstər (lmd dərs 10, bənd 3).

6. Nitq

(5 dəq.) ijwyp məqalə 105. Mövzu: Utancaqlığım ilə necə bacarım? (th dərs 16)

MƏSİHİ HƏYATI

Nəğmə 59

7. Utancaq olmağınıza baxmayaraq, xidmətdən sevinc duya bilərsiniz

(15 dəq.). Müzakirə.

Xasiyyətcə utancaqsınız? Göz önündə olmaqdan qaçınırsınız? İnsanlarla ünsiyyət etmək haqda fikirləşəndə təşvişə düşürsünüz? Bəzən utancaqlıq hissi bizə sevdiyimiz işlərlə məşğul olmağa mane olur. Amma utancaqlıq hissi ilə mübarizə aparanların çoxu ona qalib gəliblər və hətta xidmətdən sevinc duyublar. Onların nümunəsindən nə öyrənirik?

«Utancaqlığıma baxmayaraq, Yehovaya var gücümlə xidmət edirəm» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Lora bacı nənəsinin ona verdiyi «Yehovaya ibadətdə əlindən gələn hər şeyi et» məsləhətinin faydasını necə gördü?

Müqəddəs Kitaba əsasən Musa, Ərəmya və Timuti, ehtimal ki, utancaqlıqla mübarizə aparırdı (Çx 3:11; 4:10; Ərm 1:6—8; 1Tm 4:12). Bununla belə, onlar Yehovaya xidmətdə böyük işlər görürdülər, çünki Yehova onlarla idi (Çx 4:12; Ərm 20:11; 2Tm 1:6—8).

Əşiya 43:1, 2 ayələrini oxuyun. Sonra auditoriyadan soruş:

  • Yehova xidmətçilərinə hansı vədi verir?

Yehova utancaq insanlara xidmətdən sevinc duymağa necə kömək edə bilər?

«Vəftiz sizə xoşbəxtlik gətirəcək. Fraqment» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Loreni xidmətində bacı Yehovanın gücünü və dəstəyini necə görmüşdü?

  • Xidmətdə iştirak etməyin utancaq insana hansı faydası ola bilər?

8. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 151 və dua