Kontentə keç

Mündəricatı göstər

27 yanvar — 2 fevral

ZƏBUR 140—143

27 yanvar — 2 fevral

Nəğmə 44 və dua | Giriş sözlər (1 dəq.)

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ

1. Duanıza uyğun davranın

(10 dəq.)

Məsləhətə açıq olun (Zb 141:5; w22.02 s. 12—13, abz. 13, 14)

Yehovanın xalqına necə kömək etdiyi barədə düşünün (Zb 143:5; w10 15/3 s. 32, abz. 4)

Vəziyyətə Yehovanın gözü ilə baxın (Zb 143:10; w15 15/3 s. 32, abz. 2)

Zəbur 140—143 fəsillərdə təkcə Davudun dua edib kömək istəməsi yox, həmçinin duasına uyğun davranması haqda yazılıb.

2. Hikmət xəzinəsindən incilər

(10 dəq.)

  • Zb 141:1, 2. Davud padşah dua ənamını qiymətləndirdiyini necə göstərmişdi? (w22.07 s. 20, abz. 2)

  • Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?

3. Müqəddəs Kitab qiraəti

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

4. Söhbətə başlamaq

(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Əməli kömək göstərəndən sonra söhbəti dəyişib Müqəddəs Kitab barədə danış (lmd dərs 3, bənd 5).

5. Təkrar söhbət

(3 dəq.) İCTİMAİ ŞAHİDLİK. Həmsöhbətiniz məşğul olduğunu deyir (lmd dərs 7, bənd 3).

6. Əqidəniz barədə danışın

(5 dəq.) Səhnəcik. ijwfq məqalə 21. Mövzu: Nəyə görə Yehovanın Şahidləri qanköçürmədən imtina edir? (th dərs 7)

MƏSİHİ HƏYATI

Nəğmə 141

7. Tibbi və cərrahi məsələlərə qabaqcadan hazırlıqlı olun

(15 dəq.). Müzakirə.

Yehova söz verir ki, «dar gündə köməyə hazırdır» (Zb 46:1). Tibbi və ya cərrahi müdaxiləyə ehtiyac yarananda narahatlıq keçirə bilərik. Amma Yehova bu cür vəziyyətlərə hazırlıqlı olmağımız üçün bizi hər şeylə təmin edib. Misal üçün, Onun təşkilatı bizi «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə», «Şəxsiyyət vəsiqəsi» a və tibbi məlumatlar haqda digər sənədlər b, eləcə də Xəstəxanalarla əlaqə komitələri (XƏK) ilə təmin edib. Bu tədbirlər kömək edir ki, Yehovanın qanla bağlı qanununa əməl edək (Hv 15:28, 29).

«Tibbi vəziyyətlərə hazırsınız?» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:

  • Bəziləri «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə» sənədini doldurmağın hansı faydasını görüblər?

  • «Hamilələr üçün məlumat» (S-401) sənədinin hansı sahələrdə köməyi dəyir?

  • Xəstəxanada yatmaq, əməliyyat olunmaq və ya hansısa xəstəlikdən, məsələn, xərçəngdən müalicə almaq lazım gələndə qanköçürməyə ehtiyac olmasa da, XƏK-lə mümkün qədər tez əlaqə saxlamaq nəyə görə yaxşı olardı?

8. Müqəddəs Kitab dərsi

Yekun sözlər (3 dəq.) | Nəğmə 103 və dua

a Vəftiz olunmuş təbliğçilər ədəbiyyata cavabdeh olan qardaşdan özləri üçün «Tibbi müdaxiləyə dair bildiriş və etibarnamə», azyaşlı övladları üçün isə «Şəxsiyyət vəsiqəsi» istəyə bilərlər.

b Ehtiyac yaranda «Hamilələr üçün məlumat» (S-401), «Cərrahiyyə əməliyyatına və ya kimyaterapiyaya ehtiyacı olan pasiyentlər» (S-407) və «Uşağına tibbi müdaxilə lazım olan valideynlər üçün məlumat» (S-55) sənədlərini ağsaqqallardan istəyə bilərsiniz.