6—12 yanvar
ZƏBUR 127—134
Nəğmə 134 və dua | Giriş sözlər (1 dəq.)
1. Valideynlər, dəyərli mirasınızın daima qeydinə qalın
(10 dəq.)
Valideynlər övladlarının qeydinə qalmaq üçün Yehovanın köməyinə arxalana bilərlər (Zb 127:1, 2)
Övladlar Yehovadan dəyərli bəxşişdir (Zb 127:3; w21.08 s. 5, abz. 9)
Hər uşağı onun tələbatına görə tərbiyə edin (Zb 127:4; w19.12 s. 27, abz. 20)
2. Hikmət xəzinəsindən incilər
(10 dəq.)
-
Zb 131:1, 2. Valideynlər bu ayələrdən nə öyrənə bilərlər? (w21.07 s. 22, abz. 6)
-
Müqəddəs Kitabın bu həftəki mütaliəsindən hansı inciləri bölüşərdiniz?
3. Müqəddəs Kitab qiraəti
(4 dəq.) Zb 132:1—18 (th dərs 2)
4. Söhbətə başlamaq
(3 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. (lmd dərs 1, bənd 3)
5. Söhbətə başlamaq
(4 dəq.) QEYRİ-FORMAL ŞAHİDLİK. Həmsöhbətin Müqəddəs Kitaba zidd olan əqidəsi haqda bölüşür (lmd dərs 5, bənd 4).
6. Şagird hazırlamaq
(5 dəq.) lff dərs 16, bənd 4, 5. Şagirdin ilə sən olmadığın müddətdə dərsindən geri qalmaması üçün gördüyün tədbir barədə danış (lmd dərs 10, bənd 4).
Nəğmə 13
7. Valideynlər, ən təsirli tərbiyə üsulundan istifadə edin!
(15 dəq.). Müzakirə.
Valideynlərin övladlarına Yehova barədə öyrətməsi üçün təşkilatımız saysız-hesabsız vəsaitlər hazırlayır. Bununla belə, ən təsirli təlim vasitəsi valideynlərin özlərinin qoyduğu gözəl nümunədir (Qn 6:5—9).
İsa Məsih şagirdlərinə təlim verərkən bu təsirli üsuldan istifadə etmişdi.
Yəhya 13:13—15 ayələrini oxuyun. Sonra auditoriyadan soruş:
-
Sizcə, nəyə görə İsa Məsihin Öz nümunəsi əsasında təlim verməsi gözəl nəticə vermişdi?
Valideynin sözləri ilə əməlləri üst-üstə düşəndə uşaq aldığı tərbiyənin faydalı olduğuna daha da əmin olur. Qoyduğunuz gözəl nümunənin sayəsində övladlarınız verdiyiniz tərbiyəyə hörmətlə yanaşacaq və sizə həvəslə qulaq asacaqlar.
«Uşaqlarımıza öz nümunəmizlə təlim vermişik» adlı VİDEONU göstər. Sonra auditoriyadan soruş:
-
Bir ər-arvad qızlarına hansı vacib dərsləri öyrətmişdilər?
-
Bu video sizi övladlarınız üçün bundan sonra da yaxşı örnək olmağa necə təşviq edir?
8. Müqəddəs Kitab dərsi
(30 dəq.) bt fəs. 20, abz. 13—20