İNDONEZİYA
Əqidəmizdən dönən deyilik
Daniel Lokolo
-
DOĞUM TARİXİ: 1965
-
VƏFTİZ TARİXİ: 1986
-
QISA MƏLUMAT: Təqiblərə boyun əyməyən xüsusi öncül.
1989-cu il aprelin 14-ü idi. Maumere şəhərində (Flores adası) yığıncaq keçirirdim. Qəfildən dövlət məmurları evə soxulub məni və daha üç nəfəri həbs etdilər.
Həbsxanada mühafizəçilər bizi bayrağa baş əyməyə məcbur edirdilər. Bunu etmədiyimiz üçün bizi döyüb təpik altına saldılar və beş gün qızmar günəşin altında saxladılar. Gecələr darısqal kameranın beton döşəməsində soyuqdan tir-tir əsirdik. Üst başımız çirk içində idi, haldan düşmüşdük, bir tərəfdən də göynəyən yaralarımız bizə aman vermirdi. Həbsxana rəisi dəfələrlə bizi əqidəmizdən dönməyə təhrik etsə də, deyirdik: «Ölərik, amma bayrağa təzim etmərik». Bizdən öncə yaşamış saysız-hesabsız məsihilər kimi, biz də «salehlik uğrunda» əzab çəkməyi özümüzə şərəf bilirdik (1 But. 3:14).