Kontentə keç

Mündəricatı göstər

GÜRCÜSTAN

Ərim durmadan oxuyurdu

Marina Kopaliani

Ərim durmadan oxuyurdu
  • DOĞUM TARİXİ: 1957

  • VƏFTİZ TARİXİ: 1990

  • QISA MƏLUMAT: Marina bacı və onun həyat yoldaşı Badri iki oğlan uşağı böyüdə-böyüdə canla-başla təbliğ edirdilər. Badri sonralar ölkə komitəsində xidmət edib. Qardaş 2010-cu ildə vəfat etdi. O, son nəfəsinə kimi Yehovaya sadiq qaldı.

ƏRİM və mən ilk dəfə Yehovanın Şahidləri ilə 1989-cu ildə qonşumuzgildə tanış olduq. Givi Barnadze qardaş qonşumuza Müqəddəs Kitab dərsi keçirdi. Onun Müqəddəs Kitabı yox idi, çünki o vaxt gürcü dilində Müqəddəs Kitab hələm-hələm tapılmırdı.

Eşitdiklərimiz çox xoşumuza gəldi. İstəyirdik Müqəddəs Kitabımız olsun. Ərim doğma qardaşını görəndə ona dedi ki, Müqəddəs Kitab axtarır. Qardaşının cavabı onu təəccübləndirdi. Sən demə, qardaşı təzəlikcə gürcü dilində Müqəddəs Kitabın ən son tərcüməsini alıbmış və böyük məmnuniyyətlə ona hədiyyə etdi.

Badri evə qayıdan kimi stola əyləşdi və gecəyə qədər bu kitabı oxudu. Səhər oyanan kimi yenə başladı oxumağa. Mən işə gedib gəldim, o, hələ də oxuyurdu. Onu dayandırmaq mümkün deyildi. Buna görə də ona dedim ki, axıra kimi oxumaq istəyirsənsə, bir neçə gün məzuniyyət götür. O, belə də etdi və Müqəddəs Kitabı axıra kimi oxuyub qurtardı.

Sonra Givi qardaş «Əbədi həyata aparan həqiqət» kitabı vasitəsilə bizimlə Müqəddəs Kitab dərsi keçməyə başladı. Sevinirdik ki, şəxsi Müqəddəs Kitabımız var. Bu, lap yerinə düşdü, çünki bizim «Həqiqət» kitabımız yox idi, Givi qardaşın isə Müqəddəs Kitabı. Bir il sonra Badri ilə mən vəftiz olduq.