GÜRCÜSTAN
Əsl məhəbbət heç vaxt tükənmir
İqor: İkimiz də Tkvarçeli şəhərində (Abxaziya) eyni qrupda xidmət edirdik. Bizim qrupun aid olduğu yığıncaq 85 kilometr uzaqda, Cvari şəhərində yerləşirdi. Hər ay Cvariyə gedib qrupumuz üçün ədəbiyyat gətirirdim. 1992-ci ildə Sovet İttifaqı dağılandan sonra Abxaziya Muxtar vilayəti müstəqil olmaq istədi. Separatçılarla gürcü ordusu arasında müharibə başladı. Bu, çoxlu çətinliklərə səbəb oldu.
Gizo: Mən 21 yaşımda, müharibənin başlamasından bir il öncə vəftiz olmuşam. Müharibə başlayanda qardaşlar bilmirdilər nə etsinlər, hamı çox qorxmuşdu. Amma İqor bizi ruhlandırıb dedi: «İndi elə bir vaxtdır ki, insanların təsəlliyə ehtiyacı var. Biz ancaq təbliğ etdiyimiz təqdirdə imanda möhkəm qala bilərik». Həqiqətən də, o, qızıl ağsaqqaldır. Biz onun sözlərindən güc alıb hər gün Allahın
Kəlamındakı təsəlli xəbərini insanlarla bölüşürdük, amma ehtiyatlı olmaq şərti ilə.İqor: Baş verən münaqişə üzündən biz ədəbiyyat gətirmək üçün Cvariyə artıq həmişəki yolla gedib-gələ bilməzdik. Burada böyüdüyüm üçün hər yeri beş barmağım kimi tanıyırdım. Mən çay plantasiyaları və dağların arasından keçən bir yol tapdım. Amma bura da tam təhlükəsiz deyildi. Ya qarşıma bir qrup əlisilahlı çıxa bilərdi, ya da minaya düşə bilərdim. Qardaşların həyatını riskə atmaq istəmirdim. Ona görə ayda bir dəfə bu yolu özüm tək gedib gəlirdim. Yehovanın köməkliyi ilə mən həmişə vaxtlı-vaxtında bacı-qardaşlara ədəbiyyat çatdırırdım. Bunlar bizə həqiqət yolunda möhkəm qalmağa kömək elədi.
Tkvarçeli sakitçilik olsa da, şəhər blokadaya düşdü və müharibənin gətirdiyi çətinliklər bizdən də yan keçmədi. Qış yaxınlaşdıqca qida ehtiyatımız tükənirdi, bilmirdik sağ qalacağıq, ya yox. Amma eşidəndə ki, Cvaridəki bacı-qardaşlar bizim üçün yardım təşkil ediblər, çox sevindik.
Gizo: Bacı-qardaşların hazırladığı yardımı Cvaridən İqor qardaş gedib gətirməli idi. O, bu yardımı bizim evə gətirib hamıya buradan paylamaq istəyirdi. Biz də razılıq verdik. Amma onun sağ-salamat gedib gəlməsinə görə yaman narahat idik. Çünki İqor qardaş bir neçə nəzarət buraxılış məntəqəsindən keçməli idi, həm də yolda silahlı adamlarla və oğrularla rastlaşa bilərdi (Yəh. 15:13).
İqor qardaş bir neçə gündən sonra sağ-salamat geri qayıdanda hamımız çox sevindik! Onun maşını bütün qışa bəs edəcək qədər qida ilə dolu idi! O çətin dövr ərzində biz əsl məsihi məhəbbətinin heç vaxt tükənmədiyinin canlı şahidi olduq (1 Kor. 13:8).