Kontentə keç

Mündəricatı göstər

GÜRCÜSTAN

İstəyirdim mənə Yehova yol göstərsin

Tamazi Biblaya

İstəyirdim mənə Yehova yol göstərsin
  • DOĞUM TARİXİ: 1954

  • VƏFTİZ TARİXİ: 1982

  • QISA MƏLUMAT: Ədəbiyyatların çap işində kömək edib və dörd uşaq böyüdə-böyüdə Gürcüstanda ilk səyyar nəzarətçi olub.

YOLDAŞIM Sitso ilə mən Yehovanın Şahidi olanda anamın qanı qaraldı. Bir gün o, bütün qohumlarımızı evə yığdı. Anam ümid edirdi ki, onlar bizi bu yoldan döndərəcəklər. Qabağıma iki seçim qoymuşdular: ya onların dediyini etməli idim, ya da evdən çıxıb getməliydim.

Qərara gəldim ki, başqa şəhərə köçüm. Gürcüstanın ikinci ən böyük şəhəri sayılan Kutaisiyə köçməyi fikirləşirdim. Çilingər idim və düşünürdüm orada iş tapmaq asan olacaq. Həm də eşitmişdim ki, o şəhərdə təbliğçilərə ehtiyac var. Amma istəyirdim mənə Yehova yol göstərsin.

Elə bu ərəfələrdə Müqəddəs Kitab dərsi keçdiyim bir nəfərlə görüşdüm. O, Cvari adlı kiçik bir şəhərdə yaşayırdı. Biləndə ki, Kutaisiyə köçmək istəyirəm yalvar-yaxar etdi ki, onun yaşadığı şəhərə köçüm. O, mənə dedi: «Bax, mənim bir evim var. Mən arvadım və uşaqlarımla birgə bir otaqda qalarıq, siz isə o biri otaqda qalarsınız».

Bu məsələdə Yehovanın rəhbərliyini axtarırdım. Buna görə ona dedim ki, əgər tez bir zamanda Cvaridə həm iş, həm də qalmağa yer tapsam, sənin təklifini müvəqqəti qəbul edərəm. Elə həmin axşam o, bir siyahı ilə yanıma gəldi. Orada çoxlu iş elanları var idi!

Bir neçə gün sonra biz Cvariyə köçdük. Elə ilk gündən mən yüksək məvacibli iş tapdım. Təzə müdirim bizə qalmaq üçün şirkətin nəzdində olan böyük bir ev verdi. Bir müddət sonra qardaşlar məndən Müqəddəs Kitaba əsaslanmış ədəbiyyatların çap işində kömək etməyi xahiş etdilər. Biz də razılaşdıq və bunun üçün evimizdə yer ayırdıq.

Uzun illər bizim bu evimizdə anma mərasimi və digər xüsusi görüşlər keçirilib. Bu damın altında 500-dən çox adam vəftiz olub. Yehovanın mənə göstərdiyi yolu görüb ona uyğun davrandığım üçün çox xoşbəxtəm!