GÜRCÜSTAN
Kürd xalqı həqiqətə hay verir
«HƏQİQƏTİ öz ana dilimdə eşitmək imkanım olduğuna görə duamda həmişə Yehovaya şükür edirəm», — deyə Gülzar bölüşür.
Gülzar səkkiz il idi ki, vəftiz olmamış təbliğçi idi. Vəftiz olmaq qərarını isə yalnız kürddilli yığıncağa gedəndən sonra verdi. O, Gürcüstanda həqiqətə hay verən bir çox kürdlərdən biridir. Bəs kürdlər kimlərdir?
Kürdlər əsrlərdir ki, Yaxın Şərqdə məskən salıblar. Bəzi alimlərin fikrincə, onlar Müqəddəs Kitabda adları çəkilən 2 Pad. 18:11; Həv. 2:9). Kürd dili İran dil qrupuna aiddir.
qədim madalıların nəslindəndirlər (Bu gün milyonlarla kürd, İran, İraq, Suriya və Türkiyə də daxil olmaqla, dünyanın bir çox ərazisində yaşayır. Gürcüstanda təxminən 20 000 kürd yaşayır. Kürd xalqı Allahdan qorxan, dinə-imana rəğbət bəsləyən bir xalqdır.
Gürcüstanda kürd dilində təbliğ edən 500 təbliğçi var. 2014-cü ildə hamının sevincinə səbəb olan bir hadisə baş verdi: Almaniyadan, Türkiyədən, Ukraynadan və bir Qafqaz ölkəsindən gəlmiş qonaqların da iştirakı ilə Tbilisidə ilk dəfə kürd dilində regional toplantı keçirildi.