GÜRCÜSTAN
Mən yaxşı insan olmaq istəyirdim
David Samxaradze
-
DOĞUM TARİXİ: 1967
-
VƏFTİZ TARİXİ: 1989
-
QISA MƏLUMAT: Səyyar nəzarətçi kimi xidmət edib. 2013-cü ildən bəri Müqəddəs Kitab məktəblərində dərs deyir.
1985-ci ildə, 18 yaşım olanda Sovet hökuməti məni hərbi xidmətə çağırdı. Əsgərlikdə o qədər ədalətsizlik və zülm gördüm ki, öz-özümə dedim: «Mən onlar kimi olmaq istəmirəm. Mən tam başqa cür olacağam». Amma nə qədər istəsəm də bu, məndə həmişə alınmırdı. Mən yaxşı insan olmaq istəyirdim.
Hərbi xidməti başa vurduqdan sonra evə qayıtdım. Bir gecə qonaqlıqdan sonra Allaha yalvardım ki, mənə dəyişməyə kömək etsin. Səhərisi gün işə gedəndə yolüstü xalamgilə dəydim. O, Yehovanın Şahidi idi. Evə girəndə gördüm ki, Yehovanın Şahidlərindən ibarət kiçik bir qrup ibadət üçün bir yerə yığışıb. Onlar məni səmimi qarşıladılar, mən də qərara gəldim ki, qalıb qulaq asım.
Müqəddəs Kitabı öyrənməyə başladım və altı ay sonra vəftiz oldum. Yehova mənə yaxşı insan olmağa kömək etdi. Bunu öz gücümlə bacarmazdım.