Kontentə keç

Mündəricatı göstər

Yuxarı Svaneti

GÜRCÜSTAN

Gürcüstana bir nəzər

Gürcüstana bir nəzər

Üzüm yığımı zövqverici işdir

Ərazi. Gürcüstan möhtəşəm dağ silsilələri və hündürlüyü 4500 kilometrdən çox olan başıqarlı zirvələri ilə tanınır. Coğrafi cəhətdən iki hissəyə bölünür: Şərqi Gürcüstan və Qərbi Gürcüstan. Hər iki hissənin öz iqlimi, mədəniyyəti, musiqisi, rəqsləri və yeməkləri ilə fərqlənən bölgələri var.

Əhali. Əhalisinin sayı 3,7 milyon nəfərdir. Əhalinin təxminən 80 faizi gürcüdür.

Din. Əhalinin böyük qismini pravoslav xristianları, 10 faizini isə müsəlmanlar təşkil edir.

Dil. Gürcüstan xalqının danışdığı dil qonşu xalqların dillərindən kəskin şəkildə fərqlənir. Tarixi mənbələr göstərir ki, özünəməxsus gürcü əlifbası eramızdan əvvəl yaranıb.

İqtisadiyyat. Əhalinin çox hissəsi dolanmaq üçün kənd təsərrüfatı ilə məşğul olur. Son zamanlar turizm Gürcüstanın iqtisadiyyatında mühüm yer tutmağa başlayıb.

İqlim. Ölkənin şərq hissəsinin iqlimi mülayimdir. Qərb hissəsinin — Qara dəniz sahili ərazisinin isə iqlimi subtropikdir. Buna görə də burada sitrus meyvələri bol olur.

Kaxeti bölgəsində üzüm yığımı

Mətbəx. Gürcü süfrəsini çörəksiz təsəvvür etmək olmaz. Milli çörəkləri təndirdə bişirilir. Yeməkləri əsasən bol göyərtili və ədvalı olur. Gürcüstanda şərab istehsalı qədim tarixə malikdir. Şərabı hazırlamaq üçün, adətən, əzilmiş üzüm böyük gil qablarda qıcqırdılır və orada saxlanılır. Əhalinin əksəriyyəti özü üzüm yetişdirib şərab hazırlayır. Gürcüstanda təxminən 500 üzüm növü var.

Milli çörəyin bişirilməsi