ÜMUMDÜNYA TƏBLİĞ VƏ TƏLİM
Okeaniya
-
ÖLKƏ VƏ ƏRAZİLƏRİ 29
-
ƏHALİSİ 41 051 379
-
TƏBLİĞÇİLƏRİN SAYI 98 574
-
MÜQƏDDƏS KİTABI ÖYRƏNƏNLƏRİN SAYI 67 609
Doqquz ildən sonra arzusuna çatır
Avstraliyadan olan Oliviya bağçaya gedəndə müəlliməsini anma mərasiminə dəvət etmişdi. Səkkiz il ərzində o, hər il onu anma mərasiminə dəvət edirdi. Nəhayət, 2016-cı ildə müəllimənin özü ona zəng edib deyir ki, bu il keçirilən anma mərasimində iştirak etmək istəyir. Müəllimə onu da deyir ki, Oliviyanın hər il onu anma mərasiminə dəvət
etməsi ona çox xoş təsir bağışlayırdı. Beləcə, müəllimə həyat yoldaşı ilə birgə anma mərasiminə gəlir. Onun əri əvvəllər şəhər bələdiyyəsində işlədiyi üçün mərasimin keçirildiyi ibadət evinin tikildiyi vaxtı xatırlayır və qardaşlara deyir ki, buranın necə nizamla tikildiyi onu heyran qoymuşdu. Mərasim müəllimə ilə həyat yoldaşına elə gözəl təsir edir ki, onlar ibadət evindən ən axırda çıxanlardan biri olurlar.O, kitabı düz üç dəfə oxudu
Şərqi Timorda yaşayan Cesintu və həyat yoldaşı dindar katolik idilər. Onlar görəndə ki, Cesintunun qardaşı oğlu daha onlarla birgə kilsəyə getmir və Yehovanın Şahidi olub, çaş-baş qaldılar. Onun səhv yolda olduğunu sübut etmək üçün Cesintu əsas dərs vəsaitini oxumaq qərarına gəlir. Onun məqsədi kitabda səhv təlimlər axtarıb tapmaq idi. Kitabı oxuduqdan sonra arvadına deyir: «Oxudum, amma pis bir şey tapmadım».
«Yəqin yaxşı oxumamısan. Təzədən oxu, amma bu dəfə yavaş-yavaş oxu», — deyə yoldaşı cavab verir.
Cesintu kitabı yenidən oxuyur. Oxuyub qurtarandan sonra yoldaşına deyir: «Burada yazılanların hamısı yaxşıdır. Hamısı Müqəddəs Kitabdan götürülüb. Hətta ölülərin ruhuna sitayiş barədə Müqəddəs Kitabda nə deyildiyi də yazılıb».
Yoldaşı deyir: «Üçüncü dəfə oxu, ancaq bu dəfə oxuyanda hər abzasın altından xətt çək. Yaxşı-yaxşı oxu. Mütləq səhv tapacaqsan».
Cesintu bu dəfə də kitabı çox diqqətlə oxuyur, hər abzası xətləyir. Kitabı üçüncü dəfə oxuyub qurtardıqdan sonra deyir: «Burada yazılanların hamısı düzdür. Qardaşım oğlu haqlı imiş». Cesintu indi Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənir.
Qız iman gətirir
Quamda yaşayan öncül bacı ponapeli bir qadına təbliğ edərkən ona «Müqəddəs Kitabı öyrənmək nəyə görə vacibdir?» adlı videonu göstərir. Bacı yenə gələcəyini deyir. Ancaq neçə dəfə gəlsə də, onu evdə tapmır. Bir dəfə qapını qadının qızı açır. Bacı fürsətdən istifadə edib qıza «Yehovanın dostu ol» videolar silsiləsindən bir video göstərir. Video qızın çox xoşuna gəlir. Bacı növbəti dəfə gələndə qapını qadının özü açır və xoş xəbərə həvəslə qulaq asır. Söhbət əsnasında aydın olur ki, sən demə, bu qadının qızı anasına deyib ki, ona video göstərən qadının getdiyi ibadət yerinə getmək istəyir. Qadının xoş xəbərə maraq göstərməsinə səbəb qızının bu sözləri olub. Bacımız ona Müqəddəs Kitab dərsinin necə keçirildiyini göstərir və onlar gələn dəfə görüşmək üçün vaxt təyin edirlər.
Onlar «çobansız qoyunlar kimi» idi
Terans adlı bir rayon nəzarətçisi həyat yoldaşı Stella ilə birlikdə Papua-Yeni Qvineyanın təyin olunmamış bir ərazisinə, İnakora getmişdilər. Terans xatırlayır: «Bura gəldiyimiz ilk gün idi. Səhər tezdən qapının səsinə oyandıq. Qapının ağzında xeyli adam bizi gözləyirdi. Səhər saat 6-dan günortaya kimi onlara təbliğ Mət. 9:36).
elədik. Biz yuyunmaq üçün söhbətimizi yekunlaşdırdıq. Yuyunub qurtarandan sonra gördük ki, bizi gözləyənlərin sayı artıb. Beləcə, günorta saat 2-dən gecə yarısına kimi təbliğ etdik». Səhərisi gün bu cütlük tezdən durub başqa bir əraziyə yollandı. Bu səbəbdən camaat gələndə onları evdə tapa bilmədi. Terans deyir: «Onlar bizim harada olduğumuzu öyrənib dalımızca gəldilər. Biz günortaya qədər onlara təbliğ elədik. Qaldığımız yerə qayıdanda gördük ki, qapımızın ağzında nə qədər adam bizi gözləyir. Günümüz hər gün belə keçirdi. Bu insanlar “çobansız qoyunlar kimi” idilər» (Terapevtə verilən hədiyyələr
Yeni Kaledoniyada yaşayan Aqnes adlı öncül bacı əli ağrıdığı üçün fizioterapevtin yanına gedir. Həkim Aqnes bacını müayinə edəndə ona deyir: «Bu günə kimi o qədər əziyyət çəkən insan görmüşəm ki, Allahın rəhmli olduğuna şübhə edirəm». Aqnes Yehovaya şükür edir ki, Onun necə Allah olduğunu deməyə imkanı yaranıb. Sonra o, terapevtə «Dərd-sər nə vaxtsa bitəcək?» adlı bukleti verir və ona Vəhy 21:3, 4 ayələrini oxuyur.
Terapevt deyir: «Çətin ki, sizin oxuduğunuz ayələr mənim Müqəddəs Kitabımda olsun. Çünki məndə yalnız dörd Müjdə var». Terapevt bacının Yehovanın Şahidi olduğunu biləndə deyir ki, o, vətəni Çilidə olanda Yehovanın Şahidlərinə rast gəlib.
Aqnes bacının yadına Çili barədə JW televiziyasında göstərilmiş filialın hesabatı düşür. Həkimin yanına növbəti dəfə gələndə planşetində həmin videonu ona göstərir. Terapevt videoda Çilidəki Beyteli və Toplantı Vəhy 21:3, 4 ayələrini buradan oxuya bilərsiniz». Terapevt elə sevinir ki, yerindən sıçrayıb bacını qucaqlayır və deyir: «Bu iki gözəl hədiyyəyə görə çox sağ olun».
zalını görəndə məəttəl qalır. Videonu göstərəndən sonra bacı deyir: «Sizə daha bir şey gətirmişəm: bütöv Müqəddəs Kitab! Keçən həftə sizə oxuduğumBacı növbəti dəfə gələndə əsas dərs vəsaitini gətirir və əzab-əziyyətin digər səbəblərini açıqlayır. Terapevt bu yaxınlarda Çiliyə məzuniyyətə gedəcəyini bildirir və deyir ki, bu kitabı özü ilə aparıb orada oxumaq istəyərdi.