Toplantı iştirakçıları üçün məlumat
XİDMƏTÇİLƏR. Xidmətçilər sizə kömək etmək üçün təyin olunub. Xahiş olunur, onların avtomobili saxlamaq, nizam-intizam, yer tutmaq və sairlə bağlı göstərişlərinə əməl edəsiniz.
VƏFTİZ. Başqa göstəriş verilmədiyi halda, vəftiz olunacaq kəslər üçün baş zalda, səhnənin qabağında yerlər ayrılır. Vəftiz olunacaq kəslər şənbə günü vəftiz məruzəsi başlamamışdan qabaq həmin yerlərdə oturmalıdırlar. Vəftiz üçün dəsmal və münasib geyim gətirmək lazımdır.
İANƏLƏR. Yehovaya ibadətimizin rahat keçməsi üçün münasib yer, səsgücləndirmə sistemi, video avadanlıq və bir sıra digər şəraitlər təmin edilib. Bütün bunlar, sözsüz ki, xeyli vəsait tələb edir. Sizin könüllü ianələriniz sayəsində həmin xərclər ödənilir, habelə ümumdünya maarifləndirmə işi dəstəklənir. İanələrinizi binanın müxtəlif yerlərində qoyulan ianə qutularına ata bilərsiniz. Həmçinin donate.pr418.com saytına daxil olub onlayn ianə edə bilərsiniz. Allahın işini səxavətlə dəstəklədiyiniz üçün Rəhbərlik Şurası öncədən sizə öz minnətdarlığını bildirir.
İLK YARDIM. Nəzərinizə çatdırırıq ki, ilk yardım yalnız təxirəsalınmaz hallarda göstərilir.
TAPINTI ŞÖBƏSİ. Tapılan əşyalar tapıntı şöbəsinə təhvil verilməlidir. Hansısa əşyanızı itirmisinizsə, buraya müraciət edin. Valideynlərini itirən uşaqları da bu şöbəyə aparmaq lazımdır. Lakin bütün iştirakçıları yersiz stresə salmamaq üçün xahiş olunur, uşaqlarınızı gözdən qoymayasınız və həmişə yanınızda saxlayasınız.
OTURACAQLAR. Xahiş edirik, başqalarını nəzərə alasınız. Yalnız sizinlə eyni maşında gələnlər, ailə üzvləriniz, sizinlə bir evdə yaşayanlar, ya da Müqəddəs Kitab dərsi keçdiyiniz adamlar üçün yer tutmaq olar. İstifadə etməyəcəyiniz oturacaqların üzərinə əşya qoyub oranı məşğul etməyin.
KÖNÜLLÜLƏRİN XİDMƏTİ. Toplantının keçirilməsi ilə bağlı görülən işlərdə iştirak etmək istəyirsinizsə, Məlumat və könüllülərin xidməti şöbəsinə müraciət edin.
Proqram Yehovanın Şahidlərinin Rəhbərlik Şurası tərəfindən hazırlanıb
© 2023 Watch Tower Bible and Tract Society of Pennsylvania