Kontentə keç

Mündəricatı göstər

Bu broşürün məqsədi

Bu broşürün məqsədi

NİDERLAND filosofu Spinoza yazmışdı: «Həyatım boyu çalışmışam ki, insanların hərəkətlərinə nə gülüm, nə ağlayım, nə də nifrət edim, əksinə, onları başa düşüm». Əziz müəllimlər, sizin qarşınızda şagirdin, o cümlədən Yehovanın Şahidlərinin uşağının dünya görüşünü, baxışlarını və etiqadını anlamaq kimi çətin tapşırıq durur. İlk baxışdan elə görünə bilər ki, uşaq mövcud normalara qarşı çıxır. Lakin əgər şagird öz dini və əxlaqi baxışlarına görə başqalarından fərqli davranırsa, bu diqqətə layiqdir. Bu nəşr Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti (Yehovanın Şahidləri tərəfindən dərc edilib) və Yehovanın Şahidi olan şagirdləri daha yaxşı başa düşməyiniz üçün nəzərdə tutulub. Ümidvarıq ki, bu broşürü oxumağa vaxt ayıracaqsınız.

İnsanın nəyə inandığını başa düşmək onun əqidəsinə şərik olmağı bildirmir; eynilə kimisə öz dini etiqadınla tanış etmək onu bu dinə döndərmək demək deyil. Bu broşürün vasitəsilə, biz sizə və ya sizin şagirdlərinizə Yehovanın Şahidlərinin nöqteyi-nəzərini qəbul etdirməyə çalışmırıq. Biz sizi, sadəcə olaraq Şahidlərin öz uşaqlarına aşıladıqları prinsip və etiqadlarla tanış etmək istəyirik ki, bu, həmin şagirdləri başa düşməyinizə və onlarla işləməyinizə kömək etsin. Əlbəttə, uşaqlara verdiyimiz tərbiyə onların davranışında həmişə öz əksini tapmır, belə ki hər bir uşaq vicdanını özü öyrətməlidir.

Hər bir valideyn kimi Yehovanın Şahidləri də istəyirlər ki, onların övladları məktəbdə aldıqları təlimdən çox şey götürsünlər. Buna görə də onlar öz uşaqlarına müəllimlərə hörmət göstərməyi və onlarla əməkdaşlıq etməyi öyrədirlər. Öz növbəsində, müəllimlər Yehovanın Şahidlərini və onların uşaqlarını başa düşəndə, onlara hörmətlə yanaşanda Yehovanın Şahidləri bunu yüksək qiymətləndirirlər.

Yehovanın Şahidləri bütün dünyada məsihi kimi tanınırlar. Bununla belə, bəzən onları tam başa düşmürlər. Biz ümid edirik ki, bu broşür Yehovanın Şahidlərinin uşaqlarını daha yaxşı başa düşməkdə müəllimlərə kömək edəcək. Xüsusilə də ümid edirik ki, bəzi hallarda bu uşaqların başqalarından fərqli hərəkət etmək hüquqlarını anlamaqda bu nəşrin sizə köməyi dəyəcək.