Yehovanın Şahidlərinin təhsilə münasibəti
Bütün valideynlər kimi, Yehovanın Şahidlərini də uşaqlarının gələcəyi maraqlandırır. Bu səbəbdən onlar təhsilə böyük əhəmiyyət verirlər. «Təhsil insana cəmiyyətin yararlı üzvü olmağa kömək edir. Savadlı insan öz mədəni irsini qiymətləndirməyi və daha dolğun həyat sürməyi öyrənir».
1 Timutiyə 5:8). Məktəb illərində uşaq həyatda onu gözləyən vəzifələrə hazırlaşır. Buna görə də Yehovanın Şahidləri hesab edirlər ki, təhsilə çox ciddi yanaşmaq lazımdır.
BİR ensiklopediyadan götürülmüş bu sitat göstərir ki, məktəbdə verilən təlimin ən ümdə məqsədlərindən biri uşaqları gündəlik həyata, o cümlədən gələcək ailəsinin qayğısına qalmağa hazırlamaqdır («The World Book Encyclopedia»). Yehovanın Şahidləri üçün ailənin qeydinə qalmaq müqəddəs vəzifədir. Müqəddəs Kitabda deyilir: «Əgər kimsə öz yaxınlarının, ələlxüsus da ailəsinin qeydinə qalmırsa, o, imanı inkar edib və imansızdan da betərdir» («Təhsil insana cəmiyyətin yararlı üzvü olmağa kömək edir. Savadlı insan öz mədəni irsini qiymətləndirməyi və daha dolğun həyat sürməyi öyrənir» («The World Book Encyclopedia»)
Yehovanın Şahidləri Müqəddəs Kitabın: «Hər nə edirsinizsə, canla-başla edin, sanki insanlar üçün yox, Yehova üçün edirsiniz» — göstərişinə müvafiq yaşamağa çalışırlar (Koloslulara 3:23). Bu prinsip məktəb də daxil olmaqla, həyatın bütün sahələrinə aiddir. Buna görə də Yehovanın Şahidləri öz uşaqlarını çalışqan olmağa və dərslərinə ciddi yanaşmağa təşviq edirlər.
«Hər nə edirsinizsə, canla-başla edin, sanki insanlar üçün yox, Yehova üçün edirsiniz»(Koloslulara 3:23)
Müqəddəs Kitab həmçinin yaşadığımız ölkənin qanunlarına tabe olmağı öyrədir. Əgər orta təhsil almaq müəyyən yaş həddinə qədər icbaridirsə, Yehovanın Şahidləri bu qanuna riayət edirlər (Romalılara 13:1—7).
Uşağı həyata hazırlamağın zəruriliyini vurğulamaqla yanaşı, Müqəddəs Kitab göstərir ki, təhsilin yeganə və başlıca məqsədi bundan ibarət deyil. Yaxşı təhsil sayəsində uşaqda həyata nikbin baxış inkişaf edəcək və o, cəmiyyətin yararlı üzvü olacaq. Buna görə də Yehovanın Şahidləri sinifdənxaric tədbirlərin seçiminə çox ciddi yanaşırlar. Onlar əmindirlər ki, faydalı istirahət, musiqi, hobbi, bədən tərbiyəsi, kitabxanalarda qiraət, muzeylərə səyahət və sairə düzgün təlimdə böyük rol oynayır. Bundan əlavə, Yehovanın Şahidləri uşağa yaşlılara ehtiram və kömək göstərmək kimi gözəl keyfiyyətlər aşılayırlar.
Əlavə təhsil haqqında nə demək olar?
Yeni texnologiyaların tətbiqi sayəsində əmək birjası daima yeniləşir. Bu, o deməkdir ki, bir çox
gənc xüsusi hazırlığı olmadığı istehsalat sahəsində çalışmalı olacaq. Bu zaman onlara əməksevərlik, təcrübə, xüsusilə də yeni mühitə uyğunlaşmaq bacarığı gərəkli olacaq. Buna görə də şagirdlərə, İntibah dövrünün yazıçısı Monten demişkən, «çox bilən yox, yaxşı düşünən baş» lazımdır.İşsizlik, istər varlı, istər kasıb ölkələrdə, əksər hallarda ixtisası olmayan gənclərə təsir edir. Bu səbəbdən, iş tapmaq üçün məktəb təhsilindən savayı, əlavə təhsil tələb olunarsa, valideynlər bu təhsilin müsbət və mənfi cəhətlərini götür-qoy edərək, əlavə təhsilin lazım olub-olmadığını uşaqları ilə birlikdə qərarlaşdıracaqlar.
Yəqin razılaşarsınız ki, həyatın məqsədi var-dövlət toplamaqdan ibarət deyil. Bəzən həyatlarını yalnız karyera qurmağa həsr etmiş adamlar işlərini itirəndə, həyatlarının mənasını da itirirlər. Bəzi valideynlərin başı işə elə qarışır ki, onlar övladlarının necə böyüdüyünü görə bilmir, öz ailələrinə və uşaqlarının tərbiyəsinə ayıra biləcəkləri vaxtı işə qurban verirlər.
Əlavə və ya ali təhsil haqqında düşünərkən nəzərə almaq lazımdır ki, insanın xoşbəxtliyi yalnız maddi sərvətdən asılı deyil. İsa Məsih Mətta 4:4). Buna görə də Yehovanın Şahidləri maddi tələbatlarının qeydinə qalmaqdan savayı, özlərində əxlaqi və mənəvi keyfiyyətlər yetişdirməyin də vacibliyini dərk edirlər.
demişdi: «Yazılıb: “İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın ağzından çıxan hər bir kəlmə ilə yaşamalıdır”» (