Kontentə keç

Mündəricatı göstər

Yekun

Yekun

YEHOVANIN ŞAHİDLƏRİNİN bütün etiqadlarını bu broşürdə izah etməyi qarşımıza məqsəd qoymamışdıq. Biz burada onların riayət etdikləri bəzi prinsipləri izah etməyə və Yehovanın Şahidi olan valideynlərin təlim verdiyiniz uşaqlara necə təsir göstərdiklərini açıqca göstərməyə çalışdıq.

Yehovanın Şahidləri uşaqlarının ruhani tərbiyəsinə xüsusi diqqət yetirirlər. Onlar əmindirlər ki, bu cür tərbiyə uşağın inkişafının müxtəlif sahələrinə müsbət təsir göstərəcək. Yehovanın Şahidlərinin etiqadları və riayət etdikləri prinsiplər, onların həyatını mənalı edir və gündəlik həyatın qayğılarının öhdəsindən gəlməkdə onlara kömək edir. Bundan əlavə, bu etiqad və prinsiplər uşaqda dərsə qarşı marağın və vicdanlı bir şəxsiyyət kimi böyümək arzusunun artmasına kömək edir.

Yehovanın Şahidləri həyata real baxdıqları üçün təhsilə böyük əhəmiyyət verirlər. Buna görə də onlar sizinlə mümkün qədər yaxşı əməkdaşlıq etmək istəyirlər. Onlar hər yerdə — evlərində və dünyanın hər yerində keçirilən ibadət görüşlərində bundan sonra da uşaqlarını bu faydalı əməkdaşlıqda əllərindən gələni etməyə təşviq edəcəklər.