Kontentə keç

Mündəricatı göstər

Solda: Bacı Ruterford qardaşın plastinkaya yazılmış məruzəsinə qulaq asdırır, 1930-cu illərin sonu, Alabama (ABŞ); Sağda: İsveçrə

I BÖLMƏ

Padşahlıq haqqında həqiqət. Ruhani qidanın paylanması

Padşahlıq haqqında həqiqət. Ruhani qidanın paylanması

MÜQƏDDƏS KİTABI öyrənən insan indicə oxuduğunuz ayənin mənasını başa düşəndə onun gözləri sevincdən parıldayır. «Demək istəyirsiniz ki, Müqəddəs Kitab bizim burada, yer üzündə əbədiyyən Cənnətdə yaşayacağımızı öyrədir?» — deyə o, ehtiyat edərək soruşur. Əməkdaşınız gülümsəyərək deyir: «İndicə Müqəddəs Kitabdan nə barədə oxudunuz?» Öyrənən heyrət içində deyir: «Heç vaxt bu haqda eşitməmişdim!» O zaman yadınıza düşür ki, bir neçə həftə əvvəl o, Allahın adının Yehova olduğunu ilk dəfə eşidəndə də təxminən eyni sözləri demişdi.

Siz də belə bir vəziyyətlə üzləşmisiniz? Allahın bir çox xidmətçiləri üzləşib. Nə dərəcədə dəyərli ənama — həqiqət haqda biliyə malik olduğumuzu aydın şəkildə bizə xatırladan çox az şey tapılar. Bir anlıq dayanın və düşünün: bu ənam sizə necə gəlib çatıb? Bu sualın cavabı bu bölmədə müzakirə olunacaq. Allahın xalqının həqiqətləri tədricən anlaması Padşahlığın real bir hökumət olduğunun təkzibedilməz sübutudur. Bu Padşahlığın Padşahı İsa Məsih artıq bir əsrdir ki, Allahın xalqının həqiqət barədə biliklərə yiyələnməsinin qayğısına qalır.

BU BÖLMƏDƏ

FƏSİL 3

Yehova niyyətini açıqlayır

Padşahlıq Yehovanın əzəli niyyətinə daxil idimi? İsa Padşahlıqla bağlı nələri açıqladı?

FƏSİL 4

Yehova Allah Öz adını ucaldır

Allahın adı ilə bağlı Padşahlıq nələri edib? Allahın adını necə ucalda bilərsiniz?

FƏSİL 5

Padşah Padşahlığın sirlərini açır

Allahın Padşahlığı, onun hakimləri, təbəələri və qayda-qanunları barədə dəqiq bilik alın.