Kontentə keç

Mündəricatı göstər

DƏRS 3

Allah haqqında öyrənmək lazımdır

Allah haqqında öyrənmək lazımdır

Allahın dostu olmaq üçün sənə Onun haqqında bilik almaq lazımdır. Dostların sənin adını bilirlər? Onlar səni adınla çağırırlar? Əlbəttə. Allah da istəyir ki, sən Onun adını bilib, Onu adı ilə çağırasan. Allahın adı Yehovadır (Zəbur 83:18; Mətta 6:9). Sən Onun nəyi xoşlayıb-xoşlamadığını bilməlisən. Həm də Onun dostlarını və düşmənlərini tanımalısan. Bir şəxsi tanımaq üçün vaxt lazımdır. Müqəddəs Kitabda deyilir ki, Allahla tanış olmaq üçün vaxt ayırmaq ağıllı işdir (Efeslilərə 5:15, 16).

Allahın dostları Onun xoşladığı işləri görürlər. Dostlarını yadına sal. Əgər onlarla pis davransan və ya onların xoşlamadığı bir işi görsən səninlə dostluq edəcəklər? Əlbəttə ki, yox! Əgər Allahın dostu olmaq istəyirsənsə, Onun xoşladığı işləri görməlisən (Yəhya 4:24).

Bütün dinlər Allahla dostluğa aparmır. Allahın ən yaxın dostu olan İsa iki cür yoldan danışmışdı. Bunlardan biri geniş yoldur və orada çoxlu adam var. Bu yol məhvə aparır. Digəri isə ensiz yoldur və həmin yolla az adam gedir. Dar yol əbədi həyat yoludur. Bu o deməkdir ki, əgər Allahın dostu olmaq istəyirsənsə, Ona düzgün ibadət etməyi öyrənməlisən (Mətta 7:13, 14).