Kontentə keç

Mündəricatı göstər

DƏRS 9

Allahın dostları kimlərdir?

Allahın dostları kimlərdir?

Yehovanın yaratdığı ilk varlıq — İsa Məsih Onun ən yaxın və ən əziz dostudur. Yerə insan kimi gəlməzdən əvvəl İsa göydə qüvvətli ruhani varlıq idi (Yəhya 17:5). Sonra o, adamlara Allah haqqında həqiqəti öyrətmək üçün yerə gəldi (Yəhya 18:37). O həm də itaətkar insanları günah və ölümdən qurtarmaq üçün öz insan həyatını qurban verdi (Romalılara 6:23). İndi İsa yer üzünü Cənnətə çevirəcək göydəki hökumətin, Allahın Padşahlığının Padşahıdır (Vəhy 19:16).

Mələklər də Allahın dostlarıdır. Mələklər heç zaman yerdə yaşamayıblar. Allah yeri yaratmazdan əvvəl onları göydə yaratmışdı (Əyyub 38:4—7). Göydə milyonlarla mələk var (Dənyal 7:10). Allahın bu səmavi dostları istəyirlər ki, insanlar Yehova barəsində həqiqəti bilsinlər (Vəhy 14:6, 7).

Allahın yerdə də dostları var; Allah bu dostlarını Öz şahidləri adlandırır. Şahid məhkəmədə kimsə və ya hər hansı bir hadisə haqqında bildiklərini danışır. Yehovanın Şahidləri başqalarına Yehova və Onun niyyətləri barəsində danışırlar (Əşiya 43:10). Mələklər kimi, onlar da sənə Yehova haqqında həqiqəti öyrənməkdə kömək etmək istəyirlər. Onlar arzu edirlər ki, sən Allahın dostu olasan.