Kontentə keç

Mündəricatı göstər

DƏRS 8

Allahın düşmənləri kimlərdir?

Allahın düşmənləri kimlərdir?

Allahın baş düşməni Şeytan İblisdir. O, Allaha qarşı üsyan qaldırmış ruhani varlıqdır. Şeytan Allaha qarşı müharibə aparır və adamların başına çoxlu bəlalar gətirir. Şeytan pisdir. O yalançı və qatildir (Yəhya 8:44).

Başqa ruhani varlıqlar Allaha qarşı üsyanda Şeytana qoşuldular. Müqəddəs Kitab onları cin adlandırır. Cinlər də, Şeytan kimi, insanlara düşməndirlər. Onlar adamları incitməkdən həzz alırlar (Mətta 9:32, 33; 12:22). Yehova Şeytanı və onun cinlərini əbədi məhv edəcək. Bir azdan onlar insanlara artıq heç vaxt əzab verməyəcəklər, çünki onların sonu yaxınlaşır (Vəhy 12:12).

Allahla dostlaşmaq istəyirsənsə, Şeytanın istədiyini etməməlisən. Şeytan və onun cinləri Yehovaya nifrət edirlər. Onlar Allaha düşməndir və istəyirlər ki, sən də Allaha düşmən olasan. Sən kimin ürəyini sevindirmək istəyirsən: Yehovanın, yoxsa Şeytanın? Əgər əbədi yaşamaq istəyirsənsə, Allahın iradəsini yerinə yetirməlisən. Şeytan min cürə hiylə və kələk işlətməklə indi də insanların əksəriyyətini aldadır (Vəhy 12:9).