DƏRS 17
Dost qazanmaq istəyən dostsevər olmalıdır
Dostluq məhəbbət üzərində qurulur. Yehova haqqında daha çox öyrəndikcə, Onu bir o qədər çox sevəcəksən. Allaha qarşı məhəbbətin artdıqca, Ona xidmət etməyə həvəsin də artacaq. Ürəyində İsa Məsihin davamçısı olmaq istəyi oyanacaq (Mətta 28:19). Xoşbəxt bir ailəyə, Yehovanın Şahidlərinin sıralarına qoşulmaqla Allahla əbədiyyət boyu dost ola bilərsən. Bunun üçün nə etməlisən?
Allahın qanunlarına tabe olmaqla Onu sevdiyini göstərməlisən. «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil» (1 Yəhya 5:3).
Öyrəndiklərini həyatında tətbiq et. İsa bunu izah etmək üçün bir əhvalat danışdı. Bir ağıllı adam evini daş üzərində tikdi. Ağılsız adam isə evini qum üzərində tikdi. Güclü tufan zamanı qum üzərindəki ev uçub dağıldı, daş üzərindəki ev isə durdu. İsa dedi ki, onun təlimlərini eşidib əməl edənlər evini daş üzərində tikmiş ağıllı adama bənzəyirlər. Onun təlimlərini dinləyib əməl etməyənlər isə evini qum üzərində tikmiş ağılsız adama oxşayırlar. Sən hansı adama bənzəmək istəyərdin? (Mətta 7:24—27).
Vəftiz. «Vəftiz ol, onun adını çağır ki, günahların bağışlansın» (Həvarilərin işləri 22:16).
Allaha canla-başla xidmət et. «Hər nə edirsinizsə, canla-başla edin, sanki, insanlar üçün yox, Yehova üçün edirsiniz» (Koloslulara 3:23).