DƏRS 13
Cadugərlik və baxıcılıq günahdır
Şeytan sənin cadugərliklə məşğul olmağını istəyir. Bir çoxları xata-bəladan qorunmaq üçün evlərində üzərlik yandırır, başlarına duz çevirir, gözmuncuğu taxırlar. Elə yerlər vardır ki, orada insanlar guya sehrli qüvvəsi olan «dərman» içir və ya onu bədənlərinə sürtürlər. Başqa adamlar guya qoruyucu gücü olan müəyyən əşyaları evlərində və ya həyətyanı sahələrində gizlədirlər. Onlar bunu şər qüvvələrdən qorxduqları üçün edirlər. Digərləri işdə, imtahanlarda və ya romantik görüşlərdə müvəffəqiyyət qazanmaq üçün ovsunçulara müraciət edirlər.
Yehovanın dostu olmaq Şeytana qarşı ən yaxşı müdafiədir. Yehova Allah və Onun mələkləri Şeytandan və cinlərdən qat-qat güclüdürlər (Yaqub 2:19; Vəhy 12:9). Yehova gücünü Ona tam sadiq olan dostlarının xeyrinə sərf etməyə hazırdır (2 Salnamələr 16:9).
Allahın Kəlamında deyilir: «Fala baxmayın». Yehova cadugərliyi və baxıcılığı mühakimə edir. Çünki bu işlərlə məşğul olanlar birbaşa Şeytanın təsiri altına düşə bilərlər (Lavililər 19:26).